Moris Pindard: “Torpaqlarımız Fransa tərəfindən talan edilir” » Memur.az

Moris Pindard: “Torpaqlarımız Fransa tərəfindən talan edilir”

Moris Pindard: “Torpaqlarımız Fransa tərəfindən talan edilir”“Torpaqlarımızın 90 faizi Fransa tərəfindən mənimsənilib, təbii sərvətlərimiz talan edilib və proses yenə davam edir”.

Oxu.Az-ın məlumatına əsasən, bunu Qoşulmama Hərəkatının Əlaqələndirici Bürosunun Nazirlər iclası çərçivəsində “Kolonializmin tamamilə aradan qaldırılmasına doğru” mövzusunda keçirilən tədbirdə Fransız Qvineyasının sosial azadlığı və dekolonizasiyası naminə Hərəkatının üzvü Moris Pindard deyib.

O qeyd edib ki, ölkəsi hələ də müstəmləkə vəziyyətində yaşayır və Fransanın istismarına məruz qalır.
“Ölkəmizdə işsizlik 30 faizdir. Məmurlarımız da Fransa hökuməti tərəfindən təyin edilir”, - deyə o əlavə edib.