Gürcüstan Portuqaliya ilə hərbi əməkdaşlıq sazişi imzalayıb
Sosial
10-05-2023, 09:42
269

Bu barədə çərşənbə axşamı Gürcüstan müdafiə nazirliyinin mətbuat xidməti məlumat yayıb.
“Danışıqlar çərçivəsində müdafiə nazirləri Portuqaliya Respublikasının Milli Müdafiə Nazirliyi ilə Gürcüstanın Müdafiə Nazirliyi arasında qarşılıqlı əməkdaşlığa dair sənəd imzalayıblar”, - məlumatda deyilir.Bildirilir ki, saziş imzalanmazdan əvvəl tərəflər Gürcüstan və Portuqaliya arasında birgə hərbi istehsal, təlimlərdə iştirak və kibertəhlükəsizliyin inkişafı sahəsində gələcək əməkdaşlıq məsələləri müzakirə edilib. Burçuladze və Karreyras Gürcüstan və Portuqaliya hərbçilərinin beynəlxalq təhlükəsizliyə verdiyi töhfənin vacibliyini vurğulayıblar.
Mənbə: TASS