Özbəkistanın rəhbəri növbədənkənar prezident seçkisi haqqında qanun imzalayıb
Sosial
8-05-2023, 13:50
213
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev dövlət başçısına növbədənkənar prezident seçkisi təyin etməyə icazə verən konstitusiya qanununu imzalayıb. Bir gün əvvəl imzalanan sənəd bazar ertəsi ölkənin parlament nəşrlərində dərc edilib və bununla da qüvvəyə minib.
Qanun mayın 2-də Ali Məclisin (parlament) Qanunvericilik (Aşağı) Palatası tərəfindən qəbul edilib və mayın 4-də Senat tərəfindən təsdiq edilib.
“Dövlət başçısı Özbəkistan Respublikasının prezidentliyi üçün növbədənkənar seçki təyin etdikdə seçki bu məcəlləyə tam uyğun olaraq iki ay müddətində keçirilir”, - deyə qanunun mətnində deyilir.
Əvvəllər qanunvericilikdə yalnız Özbəkistanın hazırkı başçısının üç ay ərzində öz vəzifələrini yerinə yetirməsi mümkün olmadıqda növbədənkənar prezident seçkisinin keçirilməsi nəzərdə tutulurdu. Bu dövrdə prezident səlahiyyətləri Respublika Senatının sədrinə verilirdi.
Qəbul edilmiş qanun layihəsinə görə, prezident həm Aşağı Palatanı, həm də Senatı buraxdıqda üç ay müddətində üzvlərin seçkisi keçirilir. Əgər Qanunvericilik Palatası özü buraxılmaq qərarına gəlibsə, bu halda seçki iki ay davam edir. Senata gəlincə, özünü buraxdığı halda yeni üzvlərin seçilməsi bir ay müddətində həyata keçirilir.
Qeyd edək ki, aprelin 30-da ümumxalq səsverməsi keçirilib və nəticədə Özbəkistan Respublikasının konstitusiya qanunu ilə bağlı qərar qəbul edilib. Dəyişikliklər 2023-cü il mayın 1-dən qüvvəyə minib.
Mənbə: İnterfaks