Çinin Rusiyanı dəstəkləməsinin səbəbi açıqlandı » Memur.az

Çinin Rusiyanı dəstəkləməsinin səbəbi açıqlandı

Çinin Rusiyanı dəstəkləməsinin səbəbi açıqlandı“Qərb ölkələrinin təzyiqlərinə baxmayaraq, Çin Rusiyanı dəstəkləməyə davam edəcək, çünki onun Ukrayna münaqişəsində məğlub olması Çinin təhlükəsizliyini təhdid edəcək. Ancaq bu dəstək son dərəcə ehtiyatla həyata keçiriləcək”.

Bu barədə rusiyalı politoloq Sergey Markov bildirib.

“Qərb Çini hədələyir ki, əgər ölkə Rusiyanı dəstəkləsə, şirkətlərə ciddi sanksiyalar tətbiq olunacaq, Çin beynəlxalq ticarətin qlobal infrastrukturundan qopacaq. Eyni zamanda, bunun müqabilində heç nə təklif olunmur: ya sıfır, ya da mənfi”, - deyə Markov bildirib.

Onun sözlərinə görə, ABŞ Çinin illərdir inkişaf etdirdiyi strateji istiqamətini əngəlləyir.

“ÇXR texnologiya müqabilində pul və bazar təklif edərək AB ilə maliyyə və texnoloji ittifaq bağlamağa çalışdı. Çin Rusiya ilə əməkdaşlıq etsə də, etməsə də, ABŞ onu strateji düşmən hesab edir və ona mane olacaq. Sanksiyalar hər bir halda - gec, ya tez tətbiq olunacaq. Lakin təbii ki, gec olması tez olmasından yaxşıdır, buna görə də Çin ABŞ və Aİ-nin narahatlığını başa düşmüş kimi davranır”.
Markovun sözlərinə görə, Rusiyanın Ukrayna münaqişəsində qələbəsi Çin üçün kritik əhəmiyyət kəsb edir, çünki əks halda ölkənin özünün təhlükəsizliyi risk altında olacaq.

“Ukraynadan “anti-Rusiya” çıxardıqları kimi, Rusiyadan da “anti-Çin” edəcəklər. Çin isə şimal sərhədləri ilə bağlı çox böyük xoşagəlməz təcrübəyə malikdir”, - deyə politoloq hadisələrin bu cür inkişafının nəticələri barədə xəbərdarlıq edib.

Mənbə: Lenta.ru