Azərbaycanda üç bələdiyyə sədrinə cinayət işi açılıb » Memur.az

Azərbaycanda üç bələdiyyə sədrinə cinayət işi açılıb

Azərbaycanda üç bələdiyyə sədrinə cinayət işi açılıbAzərbaycanda bələdiyyələrdə 27 ciddi qayda pozuntusu aşkarlanıb, 12-si üzrə cinayət işi başlanılıb.

“Report” bildirir ki, bu barədə məlumat “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi”ndə əksini tapıb.

Sənəddə qeyd edilib ki, il ərzində yerli büdcə vəsaitlərinin səmərəli istifadə olunması, bələdiyyə əmlakının (o cümlədən torpaqların) idarə edilməsi sahəsində qanunçuluğun və şəffaflığın təmin edilməsi, korrupsiyaya və digər hüquqpozmalara şərait yaradan halların qarşısının alınması üzrə inzibati nəzarət qaydasında tədbirlər görülüb.

Bu məqsədlə aparılan araşdırmalar zamanı 27 halda ciddi qanun pozuntuları aşkar edilərək toplanmış sənədlər hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə istintaq orqanlarına göndərilib, həmin materiallardan 12-si üzrə cinayət işi başlanılıb.

Bunlardan üçü bələdiyyə sədrinə qarşı açılmış cinayət işləridir.

Belə ki, Masallı rayonu Təzəkənd bələdiyyəsinin sədri, Zərdab rayonu Dəkkəoba bələdiyyəsinin sədri və Göygöl rayonu Hacıməlik bələdiyyəsinin sədrlərinə cinayət işi açılıb.