• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ana səhifə
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Sosial
  • Dünya
  • İdman
  • Mədəniyyət
  • Bölgə
  • Müsahibə
  • Texnologiya
  • Ana səhifə
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Sosial
  • Dünya
  • İdman
  • Mədəniyyət
  • Bölgə
  • Müsahibə
  • Texnologiya

Macarıstan Azərbaycanın strateji tərəfdaşıdır: İkitərəfli əlaqələr artan templə inkişaf edir - ŞƏRH

Sosial

30-01-2023, 15:19

Macarıstan Azərbaycanın strateji tərəfdaşıdır: İkitərəfli əlaqələr artan templə inkişaf edir - ŞƏRHAzərbaycan Prezidenti İlham Əliyev Macarıstanda rəsmi səfərdədir. Prezident İlham Əliyevi və Birinci vitse-prezident Mehriban Əliyevanı dünən Macarıstanın müdafiə naziri Kriştof Salay-Bobrovnitski, Macarıstan Prezidentinin xarici əlaqələr və diplomatiya üzrə müşaviri Kriştof Altus və digər rəsmi şəxslər qarşılayıblar.

Prezident İlham Əliyevin yanvarın 30-da Budapeşt şəhərinin Layoş Koşut meydanında rəsmi qarşılanma mərasimi olub. Azərbaycanın və Macarıstanın Dövlət bayraqlarının dalğalandığı meydanda Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Macarıstan Prezidenti xanım Katalin Novak Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi qarşılayıb.

Mərkəzi və Şərqi Avropa ölkələri, o cümlədən Macarıstanla ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişafı ölkəmizin xarici siyasətinin prioritetlərindəndir.

Macarıstan cənubdan Serbiya, cənub-qərbdən Xorvatiya və qərbdən Sloveniya ilə həmsərhəddir, şimaldan Slovakiya, şimal-şərqdən Ukrayna, şimal-qərbdən Avstriya, şərqdən Rumıniya ilə sərhəddir. Təxminən 10 milyon nəfər əhalisi ilə Avropa İttifaqının üzvü olan ortaölçülü dövlətdir. Ölkənin rəsmi dili Ural dilləri ailəsinə aid olan macar dilidir. Macarıstanın paytaxtı və ən böyük şəhəri Budapeştdir. Digər böyük şəhərləri isə Debreçen, Seqed, Mişkolç, Peç və Dyordur.

XXI əsrdə Macarıstan orta güc hesab edilir. Belə ki, Beynəlxalq Valyuta Fondunun hesablamalarına görə, Macarıstan 191 ölkə arasında ümumi daxili məhsulun (ÜDM) həcminə görə 57-ci, adambaşına düşən ÜDM həcminə görə isə 58-ci pillədə qərarlaşıb. Sənaye və texnologiya sektorları sürətlə inkişaf edən bu ölkə dünyanın 35-ci ən böyük ixracatçısı və 34-cü ən böyük idxalatçısı hesab olunur. Çox yüksək həyat standartları olan Macarıstan İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına üzv ölkələr arasında yüksəkgəlirli iqtisadiyyata sahib olması ilə seçilir.2004-cü ildən Avropa İttifaqına üzv olan Macarıstan 2007-ci ildən etibarən Şengen zonasına daxil edilib. Bu ölkə hazırda BMT, NATO, Dünya Ticarət Təşkilatı, Dünya Bankı, Asiya İnfrastruktur İnvestisiya Bankı, Avropa Şurası və başqa bir çox təşkilatın üzvüdür. Zəngin mədəni tarixə sahib olan Macarıstanda incəsənət, musiqi, ədəbiyyat, idman, elm və texnologiya sahələri yaxşı inkişaf edib. Macarıstan Avropanın 11-ci ən çox turist qəbul edən ölkəsi hesab edilir. 2015-ci il ərzində buraya müxtəlif ölkələrdən 14,3 milyon turist səyahət edib. Macarıstan dünyada ən böyük termal su mağarasına və ikinci ən böyük termal gölə ev sahibliyi edir. Mərkəzi Avropa regionunda yerləşən ən böyük göl olan Balaton gölü də buradadır.

Azərbaycan ilə Macarıstan arasında siyasi əlaqələr yüksək səviyyədədir. Tərəflər arasında ali səviyyədə dialoq mövcuddur. İkitərəfli münasibətlər dostluq, əməkdaşlıq və strateji tərəfdaşlıq ruhunda inkişaf edir. Macarıstan ilə əlaqələrin hərtərəfli inkişaf etdirilməsi ölkəmizin xarici siyasətinin vacib istiqamətlərindəndir. Macarıstan Azərbaycanın strateji tərəfdaşıdır.

İki ölkə arasında siyasi dialoq yüksələn xətlə inkişaf etməkdədir. Belə ki, 1991-ci il dekabrın 26-da Azərbaycanın müstəqilliyini tanıyan Macarıstanla diplomatik münasibətlər 1992-ci il aprelin 27-də qurulub. Ötən il diplomatik münasibətlərimizin qurulmasının 30 illiyi qeyd olunub. 2004-cü ildə Azərbaycanın Macarıstanda, 2009-cu ildə isə Macarıstanın ölkəmizdə səfirliyi təsis olunub. İki ölkə arasında parlamentlərarası münasibətlər də yüksək səviyyədə inkişaf edir. Azərbaycan Respublikası Milli Məclisində Azərbaycan-Macarıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Qrupun 14 üzvü var. Macarıstan parlamentində isə 8 deputatın təmsil olunduğu Macarıstan-Azərbaycan dostluq qrupu fəaliyyət göstərir. Bu vaxtadək iki ölkə arasında imzalanan 50 sənəd müqavilə-hüquq bazasının möhkəmlənməsində mühüm rol oynayıb. Çoxtərəfli platformada, xüsusilə BMT, ATƏT, NATO, Aİ, Şərq Tərəfdaşlığı, Vişeqrad Qrupu, Türk Dövlətləri Təşkilatı çərçivəsində iki ölkə arasında davamlı əməkdaşlıq əlaqələri inkişaf etdirilir.

İki dövlət arasında iqtisadi əlaqələrdə də davamlı inkişaf meyilləri müşahidə edilir. Azərbaycan və Macarıstan geniş iqtisadi potensiala malikdir. İki ölkə arasında imzalanmış strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə, həmçinin iqtisadi sahəni əhatə edən bir sıra digər sənədlər iqtisadi əməkdaşlığın daha da genişlənməsində əhəmiyyətli baza rolunu oynayır. Azərbaycanda 21 Macarıstan investisiyalı şirkət əsasən kənd təsərrüfatı, nəqliyyat, ticarət, xidmət sahələrində fəaliyyət göstərirlər. Macarıstan Azərbaycana 1,1 milyard ABŞ dolları məbləğində (əsasən neft-qaz sahəsi), Azərbaycan isə Macarıstana 18,1 milyon ABŞ dolları investisiya yatırıb.İki ölkə arasında əmtəə dövriyyəsinin həcminin qısa zaman kəsiyində əhəmiyyətli dərəcədə artımı əlaqələrin yüksək səviyyədə olmasının əyani təsdiqidir. 2021-ci ildə Azərbaycan ilə Macarıstan arasında ümumi ticarət dövriyyəsi 35,16 milyon ABŞ dolları təşkil edib. 2022-ci ildə isə 47,4 milyon ABŞ dollarına çatıb. Bu rəqəm əvvəlki illə müqayisədə 34,81 faiz artım deməkdir.

Macarıstan Azərbaycanla enerji sahəsində əməkdaşlığa da xüsusi önəm verir. Bu ölkə Cənub Qaz Dəhlizi (CQD) layihəsini dəstəkləyir və ona qoşulmaqla bağlı marağını ifadə edib. Macarıstan tərəfi CQD-nin Məşvərət Şurasının illik Nazirlər görüşlərində bir qayda olaraq nazir səviyyəsində təmsil olunur. 2023-cü ilin fevralında Bakıda keçiriləcək CQD-nin Məşvərət Şurasının illik iclasında Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyyartonun iştirakı nəzərdə tutulur.

İki ölkə arasında nəqliyyat, tranzit və logistika sahələrində də əməkdaşlıq uğurla davam etdirilir. Bu məqsədlə, ötən il Ələt Azad İqtisadi Zonası və Macarıstan İxracın Təşviqi Agentliyi arasında Anlaşma Memorandumu imzalanıb. Macarıstanın “Wizz Air” şirkəti Bakı və Budapeşt şəhərləri arasında birbaşa aviauçuşlar həyata keçirir.

İşğaldan azad edilmiş torpaqlarımızda aparılan bərpa-quruculuq işlərində iştiraka Macarıstan şirkətləri böyük maraq göstərirlər və bununla bağlı müvafiq layihələr təqdim ediblər. Macarıstan işğaldan azad edilmiş ərazilərimizdə minatəmizləmə fəaliyyətinə dəstək məqsədi ilə könüllü töhfə olaraq 25 min avro ianə edib.Bakı ilə Budapeşt arasında humanitar sahədə də əməkdaşlıq əlaqələri inkişaf edir. Macarıstan hökumətinin maliyyə dəstəyi ilə “Stipendium Hungaricum” təqaüd proqramı çərçivəsində Macarıstanda Azərbaycan gənclərinin təhsil alması məqsədi ilə hər il 200 nəfərlik təqaüd ayrılır. Azərbaycan Dillər Universitetində Macar dili və Mədəniyyəti Mərkəzi fəaliyyət göstərir.

Bu səfər Prezident İlham Əliyevin dövlət başçısı kimi Macarıstana dördüncü səfəridir. Səfərin məqsədi ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələrin daha da inkişafına və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsinə töhfə verməkdir.

Dövlət başçısının Macarıstana səfəri Azərbaycan-Macarıstan strateji tərəfdaşlığının hərtərəfli və yüksələn xətlə inkişaf etməsinin əyani göstəricisidir. Səfər çərçivəsində bir sıra ikitərəfli sənədlərin imzalanması nəzərdə tutulub. Onların içərisində Azərbaycanın dövlət başçısı və Macarıstanın Baş naziri tərəfindən imzalanacaq Azərbaycan ilə Macarıstan arasında strateji tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə yer alıb. Bəyannamədə tərəflər ikitərəfli əməkdaşlığın bütün sahələri, həmçinin beynəlxalq və regional məsələlər üzrə strateji dialoqu davam etdirməyə hazırlıqlarını ifadə edirlər. Sənəddə, eyni zamanda, Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində əməkdaşlığın bundan sonra da inkişaf etdiriləcəyi qeyd olunaraq, TDT-nin Macarıstandakı Nümayəndəlik Ofisinin fəaliyyəti xüsusi vurğulanır. Qeyd edək ki, 2018-ci ildən Türk Dövlətləri Təşkilatında müşahidəçi olan və təşkilatla əməkdaşlıq əlaqələrinin inkişafına böyük əhəmiyyət verən bu ölkənin Budapeşt şəhərində TDT-nin Nümayəndəlik Ofisi fəaliyyət göstərir. Macarıstanın Baş naziri Viktor Orban 2018-ci ildəki bəyanatında bildirib ki, macarlar özlərini Hun hökmdarı Atillanın nəslindən hesab edirlər və macar xalqı hun-türk köklərinə əsaslanır.Bundan başqa, enerji sahəsində əməkdaşlığın inkişaf etdirilməsi ali səviyyədə müzakirə olunacaq mövzulardandır. Macarıstan Azərbaycan ilə enerji sahəsində əməkdaşlığa böyük əhəmiyyət verir və Avropanın enerji təhlükəsizliyinin təminatında ölkəmizin oynadığı mühüm rolu daim təqdir edir.

Bu səfər göstərir ki, iqtisadi və geostrateji üstünlüklərindən səmərəli yararlanmaqla yüksək inkişaf mərhələsinə qədəm qoyan və Cənubi Qafqazın aparıcı siyasi aktoruna çevrilən Azərbaycan Macarıstan ilə münasibətlərin inkişafına xüsusi önəm verir. Əminliklə söyləmək olar ki, səfər ikitərəfli əlaqələrə öz müsbət təsirini göstərəcək.

2022-ci ilin iyulun 18-də Azərbaycan Prezidenti İlham Əliyev və Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen tərəfindən enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Sənədə əsasən, Azərbaycan 2027-ci ilə qədər təbii qazın təchizat həcmini ən azı iki dəfə artırmağı planlaşdırır. Bu sənəd, həmçinin Azərbaycanla Aİ arasında bərpaolunan enerji sahəsində əməkdaşlığın inkişaf etdirilməsini ehtiva edir. Həmçinin ötən il dekabrın 17-də Buxarestdə Azərbaycan, Macarıstan, Rumıniya və Gürcüstan Hökumətləri arasında yaşıl enerji sahəsində strateji tərəfdaşlığa dair müvafiq Saziş imzalanıb. Saziş bu ölkələr arasında “yaşıl enerji”nin ötürülməsi məqsədi ilə Gürcüstan və Qara dənizdən keçəcək sualtı elektrik enerjisi kabelinin çəkilməsi layihəsinin reallaşdırılmasını nəzərdə tutur. Bu layihənin implementasiyası region və Avropa bazarları arasında elektrik enerjisinin ixracı imkanlarının genişləndirilməsi, habelə xüsusən Xəzər dənizinin Azərbaycan sektorundakı böyük külək enerjisi potensialı sayəsində Avropanın enerji təhlükəsizliyinin diversifikasiyası baxımından mühüm rol oynayacaq.

Xatırlatmaq yerinə düşər ki, 2009-cu ildən bəri iki ölkə arasında İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya fəaliyyət göstərir. Komissiyanın Azərbaycan tərəfindən həmsədri əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, Macarıstan tərəfindən xarici işlər və ticarət naziri Peter Siyyartodur. Komissiyanın indiyədək 8 iclası keçirilib. Növbəti iclasın isə yaxın vaxtlarda Budapeştdə keçirilməsi nəzərdə tutulur.

Paylaş:
Digər xəbərlər

Sosial

30-01-2023, 15:21

Əliyevin Macarıstan səfəri: Əlaqələrin inkişafı Budapeşti Bakının yanında d ...

Sosial

20-10-2022, 16:54

Səhiyyə Nazirliyində Macarıstanın ölkəmizdəki səfiri ilə görüş keçirilib

Hadisə
SON DƏQİQƏ: Türkiyəyə məxsus neft tankeri DRONLA VURULDU
Sumqayıt şəhərində tonqalda baş berən partlayış zamanı xəsarət alanların kimliyi məlum olub - YENİLƏNİB-3
TƏCİLİ! Xəzər dənizindəki İran gəmiləri vuruldu
ABŞ-nin “Cerald R. Ford” aviadaşıyıcısı yanğın səbəbindən Kritə qayıdır
İran dronu Əbu-Dabidəki neft emalı zavoduna zərbə endirdi
Binəqədidə 9 mərtəbəli yaşayış binasında yanğın başlayıb
Cəmiyyət
Dünən, 08:04
Bakının bir sıra küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Dünən, 08:02
Paytaxtda 10 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
22-03-2026, 10:36
FHN vətəndaşları bayramla əlaqədar yanğın təhlükəsizliyinə riayət etməyə çağırıb
22-03-2026, 10:28
Ötən gün axtarışda olan 34 nəfər saxlanılıb
20-03-2026, 18:52
Azərbaycana yaz fəsli daxil olub
20-03-2026, 04:23
Azərbaycanda 11 günlük bayram tətili başladı
Son xəbərlər
  • Bu gün, 16:21
    ƏHALİNİN NƏZƏRİNƏ: Azərbaycanda hərbi toplanış buna görədir
  • Bu gün, 16:09
    Sahibə Qafarova Boao Forumunda Azərbaycanın qlobal təşəbbüslərindən danışıb
  • Bu gün, 16:05
    İlham Əliyev banqladeşli həmkarını milli bayram münasibətilə təbrik edib
  • Bu gün, 09:47
    SON DƏQİQƏ: Türkiyəyə məxsus neft tankeri DRONLA VURULDU
  • Bu gün, 09:32
    Kamran Əliyev onu vəzifədən AZAD ETDİ
  • Bu gün, 09:27
    Siqaret qaçaqmalçılığı cinayəti - Kapitan həbsdə qaldı
  • Dünən, 16:58
    Sahibə Qafarova: Azərbaycan-Çin münasibətləri dostluq, qarşılıqlı hörmət və dəstək üzərində qurulub
  • Dünən, 16:56
    İlham Əliyev Yunanıstanı milli bayram münasibətilə təbrik etdi
  • Dünən, 16:55
    Prezident İlham Əliyev “Abşeron” Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak edib
  • Dünən, 16:51
    Cao Lıci: Azərbaycan və Çin arasında dostluq əlaqələri dərin köklərə əsaslanır
  • Dünən, 16:50
    DYP yağıntılı hava ilə bağlı əhaliyə xəbərdarlıq etdi
  • Dünən, 16:47
    Türkiyənin xarici işlər naziri Suriya və qətərli həmkarı ilə telefon danışıqları aparıb
  • Dünən, 08:32
    Şahbaz Şərif: Pakistan danışıqlara ev sahibliyi etməyə hazırdır
  • Dünən, 08:30
    Müdafiə Nazirliyinin rəhbərliyi hərbi hospitalda olub
  • Dünən, 08:28
    Kim Çen In: Hər zaman Moskvanın yanındayıq
  • Dünən, 08:25
    Nazir italiyalı həmkarı ilə görüşdü
  • Dünən, 08:13
    Ərdoğandan sərt mesaj: “Bu, Netanyahunun sağ qalma müharibəsidir – dünya bədəl ödəyir”
  • Dünən, 08:08
    Araqçi: “Ədalət artıq yoxdur"
  • Dünən, 08:04
    Bakının bir sıra küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
  • Dünən, 08:02
    Paytaxtda 10 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
  • 24-03-2026, 11:32
    Deputat Asif Əsgərov şəhid ailəsini ziyarət etdi
  • 24-03-2026, 11:09
    Xəzər dənizi bölgəsində təhlükəsizlik 2 nazirin müzakirə mövzusu oldu
  • 24-03-2026, 11:06
    NDU-nun 6 milyonluq satınalma dosyesi: Elbrus İsayevin rektorluğu dövründə xərclənən vəsaitlər haraya gedib? – ARAŞDIRMA
  • 24-03-2026, 11:00
    Prezident Şamaxı Avropa liseyinin yeni binasının açılışında iştirak etdi
  • 24-03-2026, 10:59
    Çin Sədri lham Əliyevi təbrik etdi
  • 24-03-2026, 10:57
    Braziliya Azərbaycana təşəkkür etdi
  • 24-03-2026, 10:55
    "Şamaxı ölkəmizin turizm mərkəzlərindən birinə çevrilib" - Dövlət başçısı
  • 24-03-2026, 10:54
    Azərbaycanlı alimə Rusiyada "Əməkdar elm xadimi" adı verildi
  • 23-03-2026, 09:17
    6 ay gecikən bonuslar: Həkimlərin haqqını kim ödəmir?
  • 23-03-2026, 09:07
    İran Qətərdə zavodu vurdu
  • 23-03-2026, 09:05
    “İradəmizi sındıra bilməzsiniz” – Pezeşkianın Trampa cavabı
  • 23-03-2026, 09:00
    Sahibə Qafarova, Samir Şərifov... - II İlyanın dəfnindən
  • 23-03-2026, 08:48
    Kim Çen In yenidən KXDR Dövlət İşləri üzrə sədr seçilib
  • 23-03-2026, 08:43
    Şahbaz Şərif Rusiyada Putinlə görüşəcək
  • 23-03-2026, 03:07
    SEPAH komandanı Azərbaycanla sərhədə gəldi
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Amil Əliyev
  • Tel: (+99450) 227 24 22
  • Ana səhifə
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Sosial
  • Dünya
  • İdman
  • Mədəniyyət
  • Bölgə
  • Müsahibə
  • Texnologiya
Müəllif hüquqları qorunur. Memur.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Yükləmə gedir gözləyin...