
Bu gün Bakının bir sıra ərazilərində qaz olmayacaq.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Azəriqaz” məlumat yayıb.
Bildirilib ki, təmir-quraşdırma işləri ilə əlaqədar saat 10:00-dan işlər yekunlaşanadək Sabunçu rayonunun Ramana qəsəbəsində bəzi ərazilərin və Ümid qəsəbəsinin, Nəsimi rayonunun N. Yusifbəyli, Novruzov qardaşları, A. Səhhət, Mərdanov qardaşları və M. Sənani küçələrinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.
Bakının bu ərazilərində qaz kəsiləcək
sosial sebeke

















