Maliyyə Monitorinqi Xidmətinin (MMX) Şübhəli Əməliyyatların Monitorinqi Sistemində (ŞƏMS) qeydiyyatdan keçmiş öhdəlik daşıyan şəxslərin sayı 3 376-ya çatıb.
"MemurTv.az" xəbər verir ki, bunu MMX-nın Əməkdaşlıq və benefisiar mülkiyyətçilərin təhlili departamentinin direktoru Fuad Əliyev Bakıda keçirilən "Rəqəmsal Maliyyə Ekosistemi: İdarəetmədə Yeni Mərhələ" adlı konfransda bildirib.
"Bu, özəl sektorun monitorinqidir. Qanunvericiliyə uyğun olaraq tələblər qoyulub, öhdəliklər var və təbii ki, onlar öhdəliklər çərçivəsində bizə məlumatlar ötürürlər. Sistem 15 dövlət qurumunun məlumat bazalarına inteqrasiya olunub və gündəlik əsaslarla 1 000-ə yaxın məlumat parametri üzrə bizə müxtəlif datalar gəlir, yəni biz onları öz araşdırmalarımızda istifadə edirik. Orta hesabla ay ərzində 25 minə yaxın məlumat daxil olur, aidiyyəti üzrə baxılır, tətbiq olunur", - deyə o qeyd edib.
F.Əliyevin sözlərinə görə, ŞƏMS iki ildir ki, yaradılıb, şübhəli əməliyyatların təhlilində vaxt və resurslara qənaət edir: "Gündəlik əsaslarla həm öhdəlik daşıyan şəxslərdən daxil olan hesabatlar və digər məlumatlar, həm digər dövlət qurumlarının məlumat bazalarından çəkilən və toplanan məlumatlar bizim sistemdə toplanır. Bu sistem təbii ki, bizim işimizi çox asanlaşdırır. Bütün məlumatlar, araşdırılan subyektin əməliyyatları, şübhəli əməliyyatı, o cümlədən həmin subyektin digər əməliyyatları, onunla əlaqəli olan şəxslərin əməliyyatları və həmin şübhəli hallarla onların bağlılığı – onlar hamısı bu sistem üzərindən təhlil olunur. Bu real vaxt rejimində baş verir".
Şübhəli Əməliyyatların Monitorinqi Sistemində öhdəlik daşıyan şəxslərin sayı 3 400-ə yaxınlaşıb
sosial sebeke

















