Kəmaləddin Heydərov Kəlbəcərdə vətəndaşları qəbul edib

sosial sebeke

Kəmaləddin Heydərov Kəlbəcərdə vətəndaşları qəbul edibFövqəladə hallar naziri Kəmaləddin Heydərov 28 avqust 2026-cı il tarixində Kəlbəcər şəhərində yerləşən B.Cəfərov adına 1 nömrəli tam orta məktəbin binasında Kəlbəcər və Laçın rayonları sakinlərinin qəbulunu keçirib.

Bu barədə "MemurTv.az"a nazirlikdən məlumat verilib.

Bildirilib ki, fövqəladə hallar naziri tərəfindən qəbul edilən Kəlbəcər və Laçın rayonları sakinlərinin müraciətlərinin əksəriyyəti yerindəcə öz həllini tapıb, bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun dərhal zəruri tədbirlərin görülməsi barədə Nazirliyin aidiyyəti strukturlarının rəhbərlərinə tapşırıqlar verilib.

Qəbula gələn vətəndaşlar onların müraciətlərinə yerində və operativ yanaşılması üçün yaradılan şəraitə görə ölkə Prezidentinə minnətdarlıq ediblər.