Qubada yüksəklikdən yıxılan şəxs öldü

sosial sebeke

Qubada yüksəklikdən yıxılan şəxs öldü
Qubada ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

“Qafqazinfo” xəbər verir ki, dünən saat 11 radələrində 1979-cu il təvəllüdlü Stalov Vahid Seyidbala oğlu rayonun Dağlı kəndində yerləşən fərdi yaşayış evində təmir işləri görərkən yüksəklikdən yerə yıxılıb.

O aldığı xəsarətlər səbəbindən hadisə yerində vəfat edib.

Faktla bağlı Quba Rayon Prokurorluğunda araşdırma aparılır.