Azərbaycan jurnalistləri Səmərqənddə Əmir Teymurun məqbərəsini ziyarət ediblər

sosial sebeke

Azərbaycan jurnalistləri Səmərqənddə Əmir Teymurun məqbərəsini ziyarət ediblərAzərbaycan jurnalistləri Özbəkistana səfər çərçivəsində Səmərqənddə Əmir Teymurun məqbərəsini ziyarət ediblər.

"MemurTv.az"ın Səmərqəndə ezam olunmuş müxbiri xəbər verir ki, jurnalistlərə 1336-cı ildə Səmərqənd yaxınlığında anadan olmuş və şəhəri öz imperiyasının paytaxtı etmiş Əmir Teymurun həyat və fəaliyyət tarixi barədə məlumat verilib.

Qeyd olunub ki, Səmərqənd böyük ticarət karvanlarının keçdiyi Böyük İpək yolunda mühüm mövqe tuturdu.

Bildirilib ki, Əmir Teymur sağlığında Səmərqənddə öz dəfni üçün yer hazırlayıb. 1405-ci ildə Çin istiqamətində yürüşü zamanı vəfat etdikdən sonra onun cənazəsi şəhərə gətirilib və burada dəfn edilib. Məqbərə daha əvvəl "hökmdarların qəbri" və ya "əmirlərin türbəsi" mənasını verən Qur-Əmir adlanıb.

Jurnalistlər həmçinin məqbərənin memarlığı və böyük günbəzin altında yerləşən məzarlarla tanış olublar. Ekskursiya zamanı onlara əvvəllər Əmir Teymurun sarayının yerləşdiyi kompleksin ətrafındakı tarixi ərazi barədə məlumat verilib.

Sonradan saray qorunub saxlanılmasa da, 1953-cü ildə Səmərqənd arxeoloqları tərəfindən aparılan arxeoloji qazıntılar zamanı müxtəlif daş artefaktlar aşkar edilib.

Xüsusən də, iştirakçılara Əmir Teymurun saray kompleksi ilə bağlı qorunub saxlanılan daş elementlər göstərilib. Onların arasında sarayda olmuş, səfirlərin qəbulu və müxtəlif tədbirlərin keçirilməsi zamanı istifadə edilən tünd qranit daş da var idi.

SON XƏBƏRLƏR