Azərbaycanın Qazaxıstandakı səfiri Əlimirzamin Əsgərov Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə etimadnaməsini təqdim edib.
"MemurTv.az Akordaya istinadən xəbər verir ki, diplomat etimadnaməsini dövlət başçısına Astanada, Müstəqillik Sarayında keçirilən mərasimdə təqdim edib.
Azərbaycan səfirindən başqa, Moldova, Vyetnam, Koreya Respublikası, Cənubi Afrika Respublikası, Slovakiya, Almaniya, Sloveniya və Namibiya səfirləri də etimadnamələrini təqdim ediblər.
Salamlama nitqində Tokayev Qazaxıstanın sülhsevər xarici siyasət kursuna sadiq olduğunu qeyd edib və ölkənin sülhün, təhlükəsizliyin və əməkdaşlığın möhkəmləndirilməsinə töhfə vermək səyini vurğulayıb.
Sonda dövlət başçısı Qazaxıstanın təmsil olunan ölkələrlə münasibətlərin daha da möhkəmləndirilməsində və çoxşaxəli əməkdaşlığın inkişafında maraqlı olduğunu təsdiqləyib.
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev iyulun 28-də Qazaxıstandakı səfiri dəyişib. Ondan əvvəl bu vəzifəni Ağalar Atamoğlanov tuturdu. Ə.Əsgərov isə daha əvvəl Azərbaycanın Tacikistandakı diplomatik missiyasına rəhbərlik edirdi.
Azərbaycanın yeni səfiri etimadnaməsini Qazaxıstan Prezidentinə təqdim edib
sosial sebeke

















