Prezident İlham Əliyevin rəhbərliyi ilə şəhid ailələrinin, müharibə iştirakçılarının və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində tədbirlər davam etdirilir.
Bu barədə "MemurTv.az"ın Naxçıvan bürosuna açıqlamasında əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev məlumat verib.
Onun sözlərinə görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin həyata keçirdiyi mənzil-məişət şəraitinin yaxşılaşdırılması proqramı çərçivəsində indiyədək qeyd olunan kateqoriyalara aid vətəndaşlara ümumilikdə 16 mindən çox mənzil təqdim olunub.
Nazir müavini bildirib ki, proqramın davamı olaraq Naxçıvanda keçirilən tədbirdə daha 68 mənzil sahiblərinə təqdim edilib.
H.Abdullayev şəhid ailələri və müharibə iştirakçıları üçün digər sosial dəstək tədbirlərinin də davam etdirildiyini vurğulayıb.
Qeyd edib ki, bu istiqamətdə vətəndaşların yüksək texnologiyalı protezlərlə və avtomobillərlə təmin olunması, eləcə də reabilitasiya xidmətlərinə cəlb edilməsi üzrə işlər həyata keçirilir: "Proqram çərçivəsində artıq 7300-dən çox vətəndaş avtomobillə təmin olunub".
Naxçıvanda şəhid ailələri və müharibə iştirakçılarına daha 68 mənzil verilib
sosial sebeke

















