Bahar Muradova İsmayıllıda vətəndaşları qəbul edəcək

sosial sebeke

Bahar Muradova İsmayıllıda vətəndaşları qəbul edəcəkAilə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova İsmayıllıda vətəndaş qəbulu keçirəcək.

Bu barədə "MemurTv.az"a komitədən məlumat verilib.

Qeyd edilib ki, qəbul avqustun 31-i saat 11:00-da İsmayıllı rayon Heydər Əliyev Mərkəzində təşkil ediləcək.

Vətəndaş qəbulunda İsmayıllı və Ağsu rayon sakinlərinin müraciətlərinə baxılacaq.