Türk ölkələri arxeoloji irsin vahid rəqəmsal bazasını yaradır

sosial sebeke

Türk ölkələri arxeoloji irsin vahid rəqəmsal bazasını yaradırMacarıstanın Buqats şəhərində Türk Dünyası Tədqiqat İnstitutları və Arxeologiya Mərkəzləri Birliyinin (ARICA) 3-cü iclası keçirilib.

"MemurTv.az"ın Qazaxıstan bürosu Türk Akademiyasına istinadən xəbər verir ki, görüş əməkdaşlığın praktiki mərhələsinə keçidə, həmçinin arxeologiya və tarixi irsin qorunması sahəsində birgə beynəlxalq layihələrin hazırlanmasına həsr olunub.

İclas iştirakçıları arxeoloji irsin vahid rəqəmsal bazasının yaradılması barədə qərar qəbul ediblər. Yeni proqram çərçivəsində Böyük İpək yolu obyektlərində və erkən dövr türk abidələrində birgə ekspedisiya və qazıntıların aparılması planlaşdırılır.

Bundan əlavə, türk ölkələrinin arxeoloji abidələrinin məkanı, tarixi, tədqiqat nəticələri və elmi nəşrləri barədə məlumatları özündə əks etdirən elektron atlas yaradılacaq.

İclasın yekunlarına əsasən iştirakçılar birgə arxeoloji layihələrin praktiki icrasına keçid və türk dünyasının vahid rəqəmsal elmi məkanının yaradılması barədə qətnamə qəbul ediblər.