Zaur Mikayılov Lənkəranda vətəndaşları qəbul edib

sosial sebeke

Zaur Mikayılov Lənkəranda vətəndaşları qəbul edibBu gün Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov Lənkəran şəhərində bu, eləcə də Astara, Lerik və digər rayonlardan olan vətəndaşları qəbul edib.

"MemurTv.az" agentliyə istinadən xəbər verir ki, sədr qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib.

Müraciətlər əsasən suvarma suyuna olan tələbatın ödənilməsi, kanalların beton üzlüyə alınması, lildən təmizlənməsi, sel və daşqınlara qarşı mübarizə tədbirləri, subartezian quyularının təmiri, içməli su təchizatı, kanalizasiya sistemlərinin yenidən qurulması, işə qəbul və digər məsələlərlə bağlı olub.

Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb.

SON XƏBƏRLƏR