Kobaxidze Azərbaycanla əməkdaşlığın daha da dərinləşdirilməsi perspektivlərini müzakirə edib

sosial sebeke

Kobaxidze Azərbaycanla əməkdaşlığın daha da dərinləşdirilməsi perspektivlərini müzakirə edibGürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycanın bu ölkədəki fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev ilə görüşüb.

"MemurTv.az"ın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumət administrasiyası məlumat yayıb.

Görüş zamanı Gürcüstan-Azərbaycan strateji tərəfdaşlığının yüksək səviyyəsi vurğulanıb.

Tərəflər iki ölkə arasında əməkdaşlığın daha da dərinləşdirilməsi perspektivlərini müzakirə ediblər.

Bu kontekstdə İrakli Kobaxidzenin Azərbaycana rəsmi səfəri çərçivəsində imzalanmış müqavilələrin strateji əhəmiyyəti xüsusi qeyd olunub.

SON XƏBƏRLƏR