Hacıqabul Sənaye Parkında yeni nəsil gübrə və biopestisid istehsal ediləcək

sosial sebeke

Hacıqabul Sənaye Parkında yeni nəsil gübrə və biopestisid istehsal ediləcəkİqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Hacıqabul Sənaye Parkında yeni nəsil gübrə və biopestisid istehsalı layihəsi həyata keçiriləcək.

"MemurTv.az" bu barədə agentliyə istinadən xəbər verir.

Bildirilib ki, bu məqsədlə "Az Agromila" MMC-yə Parkın rezidenti statusu verilib.

İnvestisiya dəyəri 4,7 milyon manat olan layihə çərçivəsində 40-dan çox yeni iş yerinin yaradılması nəzərdə tutulur.

Hacıqabul Sənaye Parkında 15 sahibkarlıq subyektinə rezidentlik, 5 sahibkara isə qeyri-rezidentlik statusu verilib. Sahibkarlar Parka 66,8 milyon manatdan çox investisiya yatırıb, 500-dən çox iş yeri yaradıb.