Azərbaycanın kapital bazarında rəqəmsallaşmanın artırılması müzakirə edilib

sosial sebeke

Azərbaycanın kapital bazarında rəqəmsallaşmanın artırılması müzakirə edilibAzərbaycan Mərkəzi Bankında (AMB) kapital bazarında rəqəmsallaşmanın artırılması müzakirə edilib

"MemurTv.az" bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, qurumun sədr müavini Əli Əhmədov "Azərbaycan Kapital Bazarları Assosiasiyası" (AKBA) İctimai Birliyi, "Bakı Fond Birjası" QSC (BFB), Milli Depozit Mərkəzi (MDM) və ölkədə fəaliyyət göstərən investisiya şirkətlərinin rəhbərləri ilə görüş keçirib. Görüşdə bu ilin II rübü üzrə kapital bazarlarının inkişaf dinamikası, investisiya şirkətlərinin fəaliyyət nəticələri, eləcə də sektorda müşahidə olunan əsas tendensiyalar və perspektivlər müzakirə edilib. Bununla yanaşı, "2024–2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası" çərçivəsində cari ildə kapital bazarının inkişafı üzrə görülmüş işlər nəzərdən keçirilib.

Görüşdə həmçinin kapital bazarı üzrə əsas çağırışlar, o cümlədən real sektor təmsilçilərinin bazarda aktiv iştirakının təşviqi, sektorun rəqəmsallaşma səviyyəsinin yüksəldilməsi və maliyyə savadlılığının artırılmasına yönəlmiş təşəbbüslər ətrafında fikir mübadiləsi aparılıb.

SON XƏBƏRLƏR