
“İki ölkə arasında 2025-ci ildə ümumi ticarət dövriyyəsi təqribən 1,8 milyard dollar olub. Son 30 ildə İsveçrə Azərbaycana 1,6 milyard dollar, Azərbaycan isə İsveçrəyə 2,3 milyard dollar investisiya yatırıb”.
“Qafqazinfo” xəbər verir ki, bunu Azərbaycanın XİN rəhbəri Ceyhun Bayramov İsveçrənin federal xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri İqnasio Kassislə birgə mətbuat konfransında deyib.
Onun sözlərinə görə, hazırda Azərbaycanda 110 İsveçrə şirkəti qeydiyyatdan keçib və müxtəlif sahələrdə fəaliyyət göstərir.
C.Bayramov həmçinin qeyd edib ki, hazırda ATƏT məkanında çox qeyri-sabit mühit hökm sürür: “Belə olan təqdirdə həm ATƏT, həm də üzv ölkələrin çox fəal əməkdaşlığı tələb olunur”.
Günel İbrahimova
“ATƏT məkanında qeyri-sabit mühit hökm sürür”
sosial sebeke

















