
Qax rayonu əsrlər boyu Azərbaycanın zəngin tarixini, multikultural dəyərlərini, bənzərsiz təbiətini və milli-mənəvi irsini yaşadan qədim diyar kimi tanınmışdır. Bu dəyərlərin daha geniş təbliği, rayonun turizm, mədəniyyət və iqtisadi potensialının tanıdılması məqsədilə Azərbaycan Respublikası Qax Rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi, Dövlət Turizm Agentliyinin Şəki Regional Turizm İdarəsi, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin birgə təşkilatçılığı ilə 2026-cı il 31 İyul - 2 Avqust tarixlərində "Qax Günləri" keçiriləcək.
Tədbir çərçivəsində Qaxın əsrarəngiz təbiəti, tarixi abidələri, #qədim yaşayış məskənləri, milli mətbəxi, #xalq sənətkarlığı, folkloru, musiqisi, rəqsləri, multikultural mühiti, müxtəlif xalqların və #etnik qrupların əsrlər boyu formalaşdırdığı mehriban birgəyaşayış ənənələri geniş təqdim olunacaq. Rayonun kənd təsərrüfatı məhsulları, sənətkarlıq nümunələri, yerli istehsal potensialı və turizm imkanları da ziyarətçilərin diqqətinə çatdırılacaq.
Eyni zamanda "Qax Günləri" rayonun #təhsil, #idman, #gənclər siyasəti, sosial inkişaf, #innovasiya və #sahibkarlıq sahələrində əldə olunan uğurların nümayiş etdirilməsi üçün də mühüm platforma olacaq. Bu, Qaxın yalnız zəngin keçmişə malik olmadığını, həm də müasir Azərbaycanın dinamik inkişaf edən bölgələrindən biri olduğunu nümayiş etdirəcək.
“Qax Günləri” ölkəmizdə #milli həmrəyliyin, multikultural dəyərlərin və mədəni müxtəlifliyin daha da möhkəmlənməsinə xidmət edir. Dövlətimizin mədəniyyətin, turizmin və regionların #sosial-iqtisadi inkişafına göstərdiyi ardıcıl diqqət və qayğının nəticəsi olaraq bölgələrimizin zəngin irsi daha geniş auditoriyaya təqdim olunur, yerli #istehsal və #turizm imkanları genişlənir, yeni əməkdaşlıq əlaqələri formalaşır.
#Qax #Turizm #Qaxgunleri
Mənbə:
http://qax-ih.gov.az/az/news/qax-gunleri-qedim-irsin-zengin-medeniyyetin-ve-muasir-inkisafin-bayrami.html
Xezertv.info
Qax Günləri – Qədim irsin, zəngin mədəniyyətin və müasir inkişafın bayramı
sosial sebeke

















