Elçin Mirzəbəyli: Parlament müxbirlərinin peşəkar fəaliyyəti üçün hüquqi biliklər vacibdir

sosial sebeke

Elçin Mirzəbəyli: Parlament müxbirlərinin peşəkar fəaliyyəti üçün hüquqi biliklər vacibdirMilli Məclisin deputatı, siyasətçi, jurnalist Elçin Mirzəbəyli parlament müxbirlərinin peşəkar fəaliyyəti üçün hüquqi biliklərin vacibliyindən danışıb.

"MemurTv.az" xəbər verir ki, deputat Report Media Məktəbinin tələbələri ilə keçirilən görüşdə parlament jurnalistikası ilə məşğul olan jurnalist üçün əhəmiyyətli olan məsələlərə toxunub.

"Parlament müxbiri üçün Azərbaycan Respublikasının Konstitusiyası və digər hüquqi-normativ aktlar əsas açardır. Onlarla mütləq yaxından tanış olmaq lazımdır", – E.Mirzəbəyli vurğulayıb.Tələbələrin ədəbi proseslə bağlı suallarını cavablandıran E.Mirzəbəyli qeyd edib ki, ədəbiyyata biznes sahəsi kimi yanaşmaq doğru deyil:

"Ədəbiyyat Azərbaycanda gəlir gətirən sahə olmayıb. Heç bir poeziya kitabı da qazanc gətirmir. Ədəbiyyat kütləvi olmalı deyil. O, toplumun düşünən insanlarının intellektual potensialına hesablanmalıdır. Ədəbiyyat bu gün transformasiya dövrünü yaşayır. Onun inkişafı üçün tənqiddən çox, təhlil lazımdır".

Siyasətçi qeyd edib ki, media ilə siyasət arasında ciddi sərhəd yoxdur:

"Media yoxdursa, siyasətçi də yoxdur. İnsan siyasətin içərisində olub öz baxışını qoruya bilər, əsas məsələ harada olmaq deyil, necə olmaqdır".

Elçin Mirzəbəyli 1967-ci ildə Lənkəranda anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini və Sankt-Peterburq Teatr, Musiqi və Kinematoqrafiya İnstitutu bitirib.

Jurnalist fəaliyyəti boyunca Sara TV, Lider TV, Xəzər TV, AzTV, Space TV kimi kanallarda müəllif verilişlərinin aparıcısı kimi çıxış edib, bir sıra filmlərin müəllifi və rejissoru olub. 2006–2024-cü illərdə "Xalq Cəbhəsi" qəzetinin və eyniadlı saytın baş redaktoru vəzifəsində çalışıb.

Uzun müddət siyasi fəaliyyətlə məşğul olub. "Bir gecənin tənhalığı", "İtirilmiş vaxtın adamı", "Poz bu sükutu", "Sevgi məktubları", "Anamın duası" kimi şeir kitablarının müəllifidir.

2024-cü il növbədənkənar parlament seçkilərində Milli Məclisinin VII çağırış deputatı seçilib. 2020-ci ildə Əməkdar jurnalist fəxri adına layiq görülüb.

SON XƏBƏRLƏR