Qazaxıstanın Xarici İşlər Nazirliyi (XİN) ölkə ərazisinin Rusiyadakı hədəflərə hücumlar üçün istifadə edilməsi barədə məlumatların həqiqətə uyğun olmadığını bildirib.
"MemurTv.az "ın Qazaxıstan bürosunun məlumatına görə, bu barədə ölkə XİN-i bəyanat yayıb.
Nazirlik vurğulayıb ki, bu cür iddialar heç bir məlumat və ya faktla dəstəklənmir.
"Qazaxıstan Xarici İşlər Nazirliyi məsuliyyətlə bəyan edir ki, bu iddialar həqiqətə uyğun deyil, heç bir məlumat və ya faktla təsdiqlənmir", - bəyanatda deyilir.
XİN bu cür məlumatları hərtərəfli strateji tərəfdaşlıq və müttəfiqlik ruhunda inkişaf edən Qazaxıstan-Rusiya münasibətlərinin ənənəvi dostluq xarakterini təhrif etməyə yönəlmiş əsassız iddialar kimi xarakterizə edib.
Nazirlik həmçinin qeyd edib ki, Qazaxıstan davamlı olaraq mehriban qonşuluq, qarşılıqlı hörmət və dövlətlərin daxili işlərinə qarışmamaq prinsiplərinə əsaslanan dinc, balanslı, məsuliyyətli xarici siyasət yürüdür.
Xarici İşlər Nazirliyi vurğulayıb ki, Qazaxıstan Respublikası ərazisinin, hava məkanının və infrastrukturunun digər dövlətlərə qarşı yönəlmiş hərəkətlər üçün istifadə edilə bilməyəcəyinə əmindir.
Nazirlik media nümayəndələrini və digər şəxsləri yalnız təsdiqlənmiş faktlara əsaslanmağa və yalan məlumat yaymaqdan çəkinməyə çağırıb.
Xatırladaq ki, söhbət bir neçə media orqanında dronların Qazaxıstan ərazisindən Rusiyadakı hədəflərə hücumlarda istifadə edildiyi barədə məlumatlardan gedir.
Qazaxıstan ərazisindən Rusiyaya dronların atılması üçün istifadə olunması xəbərlərini təkzib edib
sosial sebeke

















