Rumıniyanın iki vətəndaşı Britaniyada jurnalistə hücum etdiyinə görə məhkum olunub

sosial sebeke

Rumıniyanın iki vətəndaşı Britaniyada jurnalistə hücum etdiyinə görə məhkum olunubRumıniyanın iki vətəndaşı Böyük Britaniyada farsdilli "Iran International" telekanalında işləyən İran əsilli ingilis jurnalist Puria Zeraatiyə bıçaqla hücum etdiklərinə görə uzun müddətli həbs cəzası alıblar.

"MemurTv.az"ın məlumatına görə, bu barədə "Reuters" xəbər verib.

21 yaşlı Nandito Badea səkkiz il, 25 yaşlı Corc Stana isə 12 il müddətinə azadlıqdan məhrum olunub. Onların hər ikisi qəsdən bədənə ağır xəsarət yetirməkdə təqsirli bilinsə də, təqsirləndirilənlər cinayətlərini etiraf etməyiblər.

İstintaqın məlumatına görə, 2024-cü ilin martında Zeraati Londonun cənub-qərbindəki evinin yaxınlığında ayağından üç bıçaq yarası alıb.

Məhkəmə zamanı prokuror Dunkan Atkinson hücumun İran dövlətinin mənafeyi naminə fəaliyyət göstərən üçüncü ölkənin tərəfindən təşkil edildiyini bildirib. İran baş verənlərdə iştirakı ilə bağlı ittihamları rədd edib.

Prokurorluq həmçinin bildirib ki, təqsirləndirilən şəxslər Zeraatini Səudiyyə Ərəbistanı tərəfindən maliyyələşdirilən, İran hakimiyyətini tənqid edən və Tehran tərəfindən terror təşkilatı kimi tanınan "Iran International" telekanalında işlədiyi üçün hədəf seçiblər.

Üçüncü şübhəli David Andrey Rumıniyada saxlanılıb, lakin məhkəmədə iştirak etməyib. Hakim Bobbi Çima-Qrabb hökm çıxararkən bildirib ki, hücum faktını xarici dövlətin mənafeyi naminə sübut olunmuş hesab edir.

"Iran International" məhkəmənin başa çatmasını alqışlayıb, istintaqa görə Britaniya polisinə və ölkə rəhbərliyinə təşəkkür edib.

"Puriaya edilən hücum dəhşətli, onun və həyat yoldaşı üçün qorxuducu, "Iran International"dakı həmkarları üçün isə şok idi", - telekanalın açıqlamasında deyilir.

SON XƏBƏRLƏR