Ağdam Cümə məscidində müzəffər Ali Baş Komandanı qarşılayan ayə: "İnnə fətəhnə ləkə fəthən mubinə"

sosial sebeke

Ağdam Cümə məscidində müzəffər Ali Baş Komandanı qarşılayan ayə: "İnnə fətəhnə ləkə fəthən mubinə"
Ağdam Cümə məscidinin imamı Mehman Nəsirov məscidin tarixi ilə bağlı maraqlı bir detalın illər sonra Qarabağın işğaldan azad olunması ilə olduqca təsirli bir hadisəyə çevrilməsi barədə Baku TV-yə danışıb.

Oxu.Az xəbər verir ki, imam məscidin inşa edildiyi 1868-ci ildə o dövr üçün heç də bu cür tikililərdə istifadə olunmayan bir ayənin divarlara həkk olunduğunu qeyd edib:

"Fəth" sürəsi, birinci ayə - "İnnə fətəhnə ləkə fəthən mubinə" - "həqiqətən, biz sənə açıq-aydın fəthi əta elədik". Bir sözlə, qələbə bəxş etdik. O dövrdə heç bir məsciddə, məscidin girişində bu ayədən istifadə olunmayıb. Hətta bu ayə məscidlərdə ümumiyyətlə yazılmır, adətən, döyüş bayraqlarında yazılır. Üzərindən 150 ilə yaxın vaxt keçir, Ağdam məscidi işğal altına düşür. İşğala son qoyulduqdan sonra Prezident İlham Əliyev hərbi geyimdə Ali Baş Komandan olaraq məscidə daxil olanda həmin ayə cənab Prezidenti qarşılayır və deyilir: "Allah, həqiqətən, sənə açıq-aydın fəthi əta eləyib".

SON XƏBƏRLƏR