Şahbaz Şərif və İlham Əliyev Antalyada ikitərəfli tərəfdaşlığı müzakirə ediblər

sosial sebeke

Şahbaz Şərif və İlham Əliyev Antalyada ikitərəfli tərəfdaşlığı müzakirə ediblərBeşinci Antalya Diplomatiya Forumu çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə görüşümdə gündən-günə artan Pakistan-Azərbaycan tərəfdaşlığının daha da gücləndirilməsi ilə bağlı məhsuldar müzakirə apardıq.

"Report" xəbər verir ki, bunu Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif "X"dəki hesabında yazıb.

"Bu gün (dünən - red) Antalyada keçirilən 5-ci Antalya Diplomatiya Forumu çərçivəsində əziz qardaşım, Azərbaycan Prezidenti İlham Əliyevlə görüşməkdən məmnun oldum.

Davamlı şəkildə artan Pakistan-Azərbaycan tərəfdaşlığının daha da gücləndirilməsi ilə bağlı məhsuldar müzakirə apardıq", - o qeyd edib.

SON XƏBƏRLƏR