28 Mart - Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi və Xarici Kəşfiyyat orqanları əməkdaşlarının peşə bayramı günüdür.
Dövlətimizin təhlükəsizliyinin qorunması, milli maraqlarımızın müdafiəsi, ölkəmizə qarşı yönələn təhdidlərin vaxtında aşkar olunaraq qarşısının alınması istiqamətində böyük məsuliyyət və peşəkarlıqla xidmət edən Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidmətinin bütün əməkdaşlarını peşə bayramları münasibətilə ürəkdən təbrik edirik.
Şərəfli və məsuliyyətli fəaliyyətinizdə hər birinizə uğurlar arzulayırıq.
Amil Əliyev