Azərbaycan və Çin arasında dostluq əlaqələri dərin tarixi köklərə əsaslanaraq, möhkəm təməl üzərində qurulub və xalqlarımızın fundamental maraqlarına cavab verir.
Teleqraf xəbər verir ki, bunu Ümumçin Xalq Nümayəndələri Yığıncağının Daimi Komitəsinin Sədri Cao Lıci Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşdə səsləndirib.
Cao Lıci qeyd edib ki, son illərdə iki ölkə prezidentinin müdrik rəhbərliyi altında münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.
Qeyd olunub ki, ötən il Azərbaycan və Çin liderləri arasında iki görüş keçirilib və Ümumçin Xalq Nümayəndələri Məclisi dövlət başçılarının bu fəaliyyətinin dəstəklənməsi və ölkələrimiz arasında əlaqələrə yeni ölçülərin qazandırılması məqsədilə Azərbaycan parlamenti ilə birgə işləmək niyyətindədir.