• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ana səhifə
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Sosial
  • Dünya
  • İdman
  • Mədəniyyət
  • Bölgə
  • Müsahibə
  • Texnologiya
  • Ana səhifə
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Sosial
  • Dünya
  • İdman
  • Mədəniyyət
  • Bölgə
  • Müsahibə
  • Texnologiya

XXI əsrin təhlükəsizlik çağırışları: Bakı qlobal dialoq platformasıdır

Siyasət

Bu gün, 05:57

XXI əsrin təhlükəsizlik çağırışları: Bakı qlobal dialoq platformasıdır Memur.azxəbər verir ki, XIII Qlobal Bakı Forumunda müzakirə olunan məsələlər qlobal təhlükəsizlik, sülh, enerji və beynəlxalq əməkdaşlıq məsələlərinin aktuallığını bir daha ortaya qoyub. Tədbirdə iştirak edən Azərbaycan Prezidenti İlham Əliyev çıxışında müasir beynəlxalq münasibətlər sistemində baş verən dəyişikliklər barədə fikirlərini qeyd edib. Təhlükəsizlik, sabitlik və müdafiə məsələləri hər bir ölkənin gündəliyində bir nömrəli prioritet olmalıdır. Çünki təhlükəsizlik təmin edilmədən digər sahələrdə əldə olunan nailiyyətlərin davamlı olması mümkün deyil.

Müasir dövrdə qlobal siyasətdə müşahidə olunan gərginliklər, yeni münaqişə ocaqlarının yaranması və beynəlxalq hüquq normalarının pozulması təhlükəsizlik məsələsinin əhəmiyyətini daha da artırır. Bu baxımdan dövlətlərin sabit inkişafı ilk növbədə təhlükəsiz mühitin formalaşdırılmasından asılıdır. Prezident İlham Əliyev forumdakı çıxışında qeyd edib ki, öz inkişafı uğrunda illər, onilliklər ərzində səy göstərmiş ölkələr indi ciddi risklərlə üzləşirlər. Yeni reallıqlar fonunda dövlətlərin səylərini birləşdirərək təhlükəsizlik sahəsində daha sıx əməkdaşlıq etməsi zəruridir. Çünki qlobal təhlükəsizlik yalnız bir regionun və ya bir dövlətin deyil, bütün beynəlxalq sistemin sabitliyini müəyyən edən əsas amillərdən biridir.

Prezident İlham Əliyev çıxışında regional təhlükəsizliyin Azərbaycan üçün hər zaman bir nömrəli məsələ olduğunu vurğulayıb. Uzun illər ərzində işğal şəraitində yaşayan ölkə üçün əsas məqsəd ərazi bütövlüyünün və suverenliyin bərpası olub. Bu istiqamətdə aparılan mübarizə təxminən 30 il davam edib və nəticədə beynəlxalq hüququn prinsiplərinə əsaslanaraq bu məqsədə nail olunub. BMT Nizamnaməsinin 51-ci maddəsində nəzərdə tutulan özünümüdafiə hüququ çərçivəsində həyata keçirilən addımlar nəticəsində işğal altında olan ərazilər azad edilib. Bu proses beynəlxalq hüququn prinsiplərinin praktikada tətbiqinin bariz nümunəsi kimi dəyərləndirilir. Uzun illər ərzində beynəlxalq təşkilatların qəbul etdiyi qətnamələrin icra olunmaması isə beynəlxalq münasibətlər sistemində mövcud problemləri də açıq şəkildə nümayiş etdirib.

2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsi nəticəsində ərazilərin azad olunması regionda yeni reallıq yaradıb. Bəzən sülhə nail olmaq üçün gücdən istifadə qaçılmaz olur. Əgər beynəlxalq hüquq və ədalət bir dövlətin tərəfindədirsə və sülh yolu ilə həll imkanları tükənirsə, bu halda suverenliyin bərpası üçün gücdən istifadə zəruri addım kimi ortaya çıxır. Bu prosesin ardınca siyasi dialoq vasitəsilə sülhə nail olunması müasir beynəlxalq təcrübədə nadir hallardan biri hesab olunur. Dövlətimiz əvvəlcə hərbi yolla ərazi bütövlüyünü təmin edib, daha sonra isə diplomatik vasitələrlə sülhə nail olub. Bu faktor beynəlxalq münasibətlər tarixində diqqət çəkən nümunələrdən biridir.

2023-cü ilin sentyabrında baş verən son qarşıdurmadan sonra qısa müddət ərzində sülhün əldə olunması normallaşma prosesinin sürətlə getdiyini göstərir. Bu proses güclü siyasi iradə və uzunmüddətli düşmənçiliyin davam edə bilməyəcəyinin dərk olunması nəticəsində mümkün olub. Sülhün bərqərar olması regionda iqtisadi əməkdaşlıq imkanlarının genişlənməsinə, nəqliyyat və ticarət əlaqələrinin inkişafına şərait yaradır. Bu amil isə bütövlükdə regionun sabitliyinə və rifahına mühüm töhfə verir.Forumdakı çıxışında Prezident İlham Əliyev regionda sülhün möhkəmləndirilməsi istiqamətində atılan addımlardan da bəhs edib. Ermənistanla iqtisadi əlaqələrin bərpası, ticarətin yenidən qurulması və enerji məhsullarının ixracı bunun bariz nümunəsidir. Bu addımlar regionda uzunmüddətli və davamlı sülhün təmin olunmasına xidmət edir. Uğurlu siyasət göstərir ki, Azərbaycan əməkdaşlıq və qarşılıqlı faydalı münasibətlərin tərəfdarıdır. Regionda iqtisadi əlaqələrin inkişafı həm də etimad mühitinin formalaşmasına töhfə verir. Dövlətimizin başçısının çıxışında qeyd etdiyi kimi, işğala, etnik təmizləməyə və soyqırımına məruz qalmış, suverenliyini, ərazi bütövlüyünü və ləyaqətini güc tətbiqi ilə bərpa etmiş, daha sonra isə o zaman məğlub olmuş düşmənə sülh təklif etmiş ölkə olmağımız - hesab edirəm ki, bu, beynəlxalq ictimaiyyətlə paylaşa biləcəyimiz nadir bir təcrübədir: “Mən dəfələrlə demişəm ki, biz Ermənistanla sülhü yalnız kağız üzərində əldə etməmişik, sülh sazişi yeddi ay əvvəl paraflandı və birgə bəyanat qəbul olundu. Lakin biz artıq real həyatda sülhü təmin etmişik. Sərhədimizdə sakit vəziyyət hökm sürür, atəş açılmır, artıq heç bir qurban və itki yoxdur”.

Prezident İlham Əliyev çıxışında bu gün enerji təhlükəsizliyinin ölkələrin milli təhlükəsizliyinin ayrılmaz hissəsi olaraq əvvəllər heç vaxt olmadığı qədər önəm daşıdığını vurğulayıb. Qlobal enerji bazarlarında baş verən dəyişikliklər, qiymətlərin kəskin dalğalanması və tədarük zəncirlərində yaranan problemlər bu məsələnin əhəmiyyətini daha da artırır. Azərbaycan bütün enerji seqmentləri üzrə fəaliyyət göstərən mühüm enerji istehsalçısı və ixracatçısıdır. Neft, qaz, neft-kimya məhsulları və elektrik enerjisi istehsalı ölkənin enerji siyasətinin əsas istiqamətlərini təşkil edir. Bu sahədə həyata keçirilən layihələr beynəlxalq enerji təhlükəsizliyinə mühüm töhfə verir.

Son illər təbii qaz ixrac edilən ölkələrin sayının artması da enerji əməkdaşlığının genişləndiyini göstərir. Bir il ərzində qaz alan ölkələrin sayının 12-dən 16-ya yüksəlməsi bu istiqamətdə əldə olunan nailiyyətlərin göstəricisidir. Boru kəmərləri vasitəsilə təbii qaz ixracının coğrafiyasına görə Azərbaycan dünyada ön sıralarda yer alır. Enerji siyasətində əsas məqsədlərdən biri bazarda sabitliyin qorunmasıdır. Bu baxımdan OPEC+ formatında həyata keçirilən əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır. Tarazlı və proqnozlaşdırıla bilən enerji qiymətləri həm istehsalçılar, həm də istehlakçılar üçün daha faydalıdır. Enerji bazarlarında kəskin qiymət dəyişiklikləri iqtisadi sabitliyə mənfi təsir göstərə bilər. Buna görə də beynəlxalq enerji əməkdaşlığı qlobal iqtisadiyyatın dayanıqlılığını təmin edən əsas amillərdən biridir.

Qlobal Bakı Forumunda diqqət çəkilən digər mühüm mövzulardan biri nəqliyyat və logistika məsələləri idi. Müasir dövrdə münaqişələr və geosiyasi gərginliklər ənənəvi nəqliyyat marşrutlarının fəaliyyətinə mənfi təsir göstərir. Bu isə dünya iqtisadiyyatında tədarük zəncirlərinin pozulmasına səbəb olur. Azərbaycan həmin sahədə həyata keçirilən böyük infrastruktur layihələri sayəsində regionun mühüm nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib. Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin inkişafında ölkənin rolu getdikcə artır. Enerji sektorundan əldə olunan gəlirlərin mühüm hissəsi nəqliyyat və logistika infrastrukturunun inkişafına yönəldilib. Bunun nəticəsində ölkə həm Orta Dəhliz, həm də digər beynəlxalq nəqliyyat marşrutlarının əsas iştirakçılarından birinə çevrilib.

XIII Qlobal Bakı Forumu bir daha göstərir ki, müasir beynəlxalq münasibətlər sistemində dialoq və əməkdaşlıq ən vacib amillərdən biridir. Prezident İlham Əliyevin çıxışı təhlükəsizlik, sülh, enerji və nəqliyyat sahələrində həyata keçirilən siyasətin beynəlxalq əməkdaşlığa mühüm töhfə verdiyini nümayiş etdirib. Bu siyasət yalnız regional deyil, qlobal səviyyədə də sabitliyin və inkişafın təmin olunmasına xidmət edir. Təhlükəsizlik, enerji və nəqliyyat sahələrində həyata keçirilən strateji layihələr ölkənin beynəlxalq mövqeyini daha da gücləndirir və qlobal tərəfdaşlıq imkanlarını genişləndirir.
Asif Əsgərov

Milli Məclisin deputatı

Paylaş:
Digər xəbərlər

Müsahibə

27-08-2025, 12:24

Azərbaycan Prezidenti İlham Əliyev “Əl-Ərəbiyyə” telekanalına müsahibə veri ...

Siyasət

29-04-2025, 09:55

Bakıda Azərbaycan-İran biznes forumu keçirilib - YENİLƏNİB - 2

Müsahibə

22-04-2025, 13:57

Vahid Novruzov: "Keyfiyyətsiz audit aparanlar akkreditasiya sənədini itirə ...

Siyasət

10-04-2025, 10:10

Bakıda Prezident İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" ...

Müsahibə

3-04-2025, 11:01

Səbinə Əliyeva: Mina problemi fundamental insan hüquqlarının kobudcasına po ...

Müsahibə

5-02-2025, 13:35

Pakistan səfiri: Azad edilən ərazilərin bərpasında iştirak bizim üçün böyük ...

Müsahibə

25-06-2024, 16:06

Məcnun Məmmədov: "Əsas vəzifəmiz aqrar sektorun ÜDM-də payının artırılması ...

Siyasət

17-05-2024, 09:23

Prezidentlər “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış o ...

Siyasət

10-05-2023, 09:44

Ümummilli lider Heydər Əliyev - dövlətə və xalqa xidmətin ali meyarını yara ...

Hadisə
İran dronu Əbu-Dabidəki neft emalı zavoduna zərbə endirdi
Binəqədidə 9 mərtəbəli yaşayış binasında yanğın başlayıb
Ankarada həbsdən çıxan şəxs anasını, həyat yoldaşını, qızını və özünü öldürüb
Rusiyada 5,8 maqnitudalı zəlzələ qeydə alınıb
Qubada ailənin 8 üzvünün zəhərlənmə iddiası ilə bağlı araşdırma başlayıb
Meksikada güclü zəlzələ baş verib
Cəmiyyət
Dünən, 05:28
Bakı səmasında dron səsləri eşidilməsi ilə bağlı Müdafiə Nazirliyindən açıqlama
Dünən, 01:13
Aprelin 17-si ilə bağlı əhaliyə xəbərdarlıq
15-03-2026, 06:21
Bu gün 62 mindən çox şagird buraxılış imtahanı verəcək
10-03-2026, 12:45
Sabah hava yağıntılı olacaq
10-03-2026, 12:38
Azərbaycan Prezidentinin tapşırığı ilə İrana humanitar yardım yola salınıb
8-03-2026, 16:53
Bakı və Abşeron yarımadasına yağış, bəzi rayonlara qar yağacaq - PROQNOZ
Son xəbərlər
  • Bu gün, 06:03
    İlham Əliyev Tokayevi təbrik etdi
  • Bu gün, 06:01
    Xocavənddə bağçılıq təsərrüfatına baxış keçirilib
  • Bu gün, 05:57
    XXI əsrin təhlükəsizlik çağırışları: Bakı qlobal dialoq platformasıdır
  • Bu gün, 05:49
    Nizami məqbərəsinin ətrafı tullantılardan təmizlənəcək
  • Bu gün, 05:47
    Xocavənd şəhərində Əlaqələndirmə Qərargahının növbəti iclası keçirilib - YENİLƏNDİ
  • Bu gün, 05:35
    Azərbaycanla Qara Dəniz Ticarət və İnkişaf Bankı arasında əməkdaşlıq müzakirə edilib
  • Bu gün, 05:32
    Bu gün Torpaq çərşənbəsidir
  • Bu gün, 05:31
    İranlı səfir: Tehran ABŞ-dən nə danışıq, nə də atəşkəs istəyib
  • Bu gün, 05:29
    İran XİN: Tehran uzunmüddətli müharibəyə hazırdır
  • Bu gün, 05:27
    Finlandiya Prezidenti: ABŞ İran əməliyyatı ilə bağlı Avropa ölkələri ilə danışıqlar aparır
  • Dünən, 19:20
    Əlaqələndirmə Qərargahının üzvləri Hadrut məscidini ziyarət ediblər
  • Dünən, 05:43
    Makron İran prezidenti ilə telefon danışığının təfərrüatını açıqlayıb
  • Dünən, 05:33
    İran ordusu Dohada üç rayona zərbə endirilə biləcəyi barədə xəbərdarlıq edib
  • Dünən, 05:32
    SEPAH ABŞ-nin aviadaşıyıcılarına xidmət göstərən mərkəzləri hədəf elan edib
  • Dünən, 05:30
    Ceyhun Bayramov səudiyyəli həmkarı ilə danışdı
  • Dünən, 05:28
    Bakı səmasında dron səsləri eşidilməsi ilə bağlı Müdafiə Nazirliyindən açıqlama
  • Dünən, 05:27
    Qızılın qiyməti 5 min dollardan aşağı düşüb
  • Dünən, 01:13
    Aprelin 17-si ilə bağlı əhaliyə xəbərdarlıq
  • Dünən, 01:11
    Artıq ödənilmiş cərimə məbləğini geri almaq mümkün olacaq
  • 15-03-2026, 17:36
    İsveçrəli diplomatlar Azərbaycana təxliyə olundu
  • 15-03-2026, 17:35
    Heç kim Azərbaycan ilə Türkiyə arasındakı qardaşlığı poza bilməz - Binali Yıldırım
  • 15-03-2026, 17:30
    Qazaxıstanda yeni Konstitusiya üzrə referendum keçirilir
  • 15-03-2026, 17:27
    Azərbaycanda daha bir icra hakimiyyətində kütləvi ixtisar: 44 nəfər işdən çıxarıldı
  • 15-03-2026, 10:57
    İran ətrafındakı müharibə bütün regiona yayılmaqdadır - Hakan Fidan
  • 15-03-2026, 06:21
    Bu gün 62 mindən çox şagird buraxılış imtahanı verəcək
  • 15-03-2026, 06:12
    "ABŞ bazalarının koordinatları Tehrana ötürülür" – Rusiya-İran hərbi xətti üzə çıxdı
  • 15-03-2026, 06:09
    Ərdoğan dünyaya səsləndi: “Bu dəlilik qarşısında Türkiyə var”
  • 15-03-2026, 06:05
    Bəxtiyar Abbasov vəfat etdi
  • 15-03-2026, 05:57
    İran ABŞ-yə məxsus "Citibank"ın hədəfə alınmasının səbəbini açıqlayıb
  • 15-03-2026, 05:55
    Misir Prezidenti Yaxın Şərq üçün dönüş nöqtəsi elan edib
  • 15-03-2026, 05:53
    Baş prokurorun Milli Aviasiya Akademiyasında mühazirəsi keçirilib
  • 15-03-2026, 05:50
    Fidan: Netanyahu dövründə İsrail həmişə özünə düşmən tapacaq
  • 15-03-2026, 05:49
    İran dronu Əbu-Dabidəki neft emalı zavoduna zərbə endirdi
  • 15-03-2026, 05:47
    İran İsrailə yeni raket zərbələri endirib
  • 14-03-2026, 20:18
    Vasif Qafarov: Azərbaycan regionda davamlı sabitliyin təmin olunmasına xidmət edir
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Amil Əliyev
  • Tel: (+99450) 227 24 22
  • Ana səhifə
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Sosial
  • Dünya
  • İdman
  • Mədəniyyət
  • Bölgə
  • Müsahibə
  • Texnologiya
Müəllif hüquqları qorunur. Memur.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Yükləmə gedir gözləyin...