• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ana səhifə
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Sosial
  • Dünya
  • İdman
  • Mədəniyyət
  • Bölgə
  • Müsahibə
  • Texnologiya
  • Ana səhifə
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Sosial
  • Dünya
  • İdman
  • Mədəniyyət
  • Bölgə
  • Müsahibə
  • Texnologiya

"Dövlətin kibersuverenliyinin təmin olunmasının elmi-praktiki problemləri" mövzusunda respublika konfransı keçirilib

Siyasət

10-03-2026, 12:42

"Dövlətin kibersuverenliyinin təmin olunmasının elmi-praktiki problemləri" mövzusunda respublika konfransı keçirilibAzərbaycan Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutu, Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyası, Azərbaycan Texniki Universiteti və Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının birgə təşkilatçılığı ilə ETN İnformasiya Texnologiyaları İnstitutunda "Dövlətin kibersuverenliyinin təmin olunmasının elmi-praktiki problemləri" mövzusunda respublika konfransı keçirilib.

"Report" xəbər verir ki, tədbirin açılış mərasimində AMEA-nın vitse-prezidenti, ETN İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev çıxış edərək son illər ölkəmizdə rəqəmsal transformasiya proseslərinin sürətlənməsi istiqamətində kibertəhlükəsizlik və kibersuverenlik məsələlərinin dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildiyini qeyd edib, bu baxımdan konfransın dövlətin kibersuverenliyinin təmin olunmasının elmi-nəzəri və praktiki problemləri, həlli yolları, mövcud yanaşmalar və aparılan tədqiqatların nəticələrinin müzakirəsinə həsr olunduğunu vurğulayıb.

O qeyd edib ki, "Azərbaycan Respublikasında Rəqəmsal İnkişaf Konsepsiyası"nın, "Azərbaycan Respublikasının 2025-2028-ci illər üçün Süni İntellekt Strategiyası"nın qəbul olunması, eləcə də "Azərbaycanın yeni rəqəmsal arxitekturası" üzrə vahid fəaliyyət planının müəyyənləşdirilməsi bu sahədə elmi əsaslı yanaşmaların və institusional əməkdaşlığın aktuallığını daha da artırıb. "Dayanıqlı və təhlükəsiz rəqəmsal arxitektura dövlətin kibersuverenliyinin qarantıdır" mövzusunda geniş məruzə ilə çıxış edən akademik, mövzunun Azərbaycanda yeni rəqəmsal arxitekturanın formalaşdırılması zəruriyyəti və qlobal texnoloji çağırışlar kontekstində onun elmi-texnoloji əsaslarının işlənməsi məsələsinə həsr olunduğunu bildirib.

Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının rəisi Elşad Nəsirov çıxışında kibersuverenlik məsələsinə milli təhlükəsizlik və dövlət maraqları prizmasından yanaşaraq bildirib ki, müasir dövrdə rəqəmsal texnologiyaların sürətli inkişafı dövlətlərin suverenliyinə yeni çağırışlar, tələblər formalaşdırır.

Onun sözlərinə görə, kiberməkan artıq yalnız texnoloji sahə deyil, həm də siyasi, iqtisadi, sosial və mədəni proseslərə təsir göstərən mühüm strateji mühitə çevrilib. Bu səbəbdən dövlətlərin kibersuverenliyinin qorunması milli təhlükəsizliyin ayrılmaz tərkib hissəsi kimi xüsusi əhəmiyyət daşıyır. Dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə ölkədə rəqəmsal dövlət quruculuğu, süni intellekt texnologiyalarının tətbiqi və cəmiyyətin rəqəmsallaşdırılması istiqamətində mühüm addımların atıldığını söyləyən məruzəçi bu proseslər fonunda ölkəmizin kibertəhlükəsizliyi və kibersuverenliyinin möhkəmləndirilməsinin qarşıda duran əsas vəzifələrdən biri olduğunu diqqətə çatdırıb, bu kimi elmi konfransların kibersuverenliyə dair aktual problemlərin müzakirəsi və yeni yanaşmaların formalaşdırılması baxımından mühüm rol oynayacağına əminliyini ifadə edib.

Tədbirdə Dövlət Təhlükəsizliyi Xidmətinin Milli Kibertəhlükəsizlik Mərkəzinin rəisi Davud Rüstəmov çıxışı zamanı Mərkəzin əsas fəaliyyət istiqamətləri, kritik informasiya infrastrukturu kimi müəyyənləşdirilmiş sahələr, bu sahədə formalaşdırılan normativ-hüquqi mexanizmlər barədə ətraflı məlumat verib, "Kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi sahəsində bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 17 aprel 2021-ci il tarixli Fərmanının əhəmiyyətinə toxunaraq qeyd edib ki, məhz bu sənəddən irəli gələrək ölkədə vahid və sistemli kibertəhlükəsizlik ekosisteminin formalaşdırılmasına başlanılıb. Kibertəhlükəsizliyin dövlət təhlükəsizliyinin əsas sütunlarından birinə çevrildiyini diqqətə çatdıran natiq konfransın mövzusunun müasir dövrdə olduqca aktual və strateji əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Tədbirdə çıxış edən Azərbaycan Texniki Universitetinin rektoru, professor Vilayət Vəliyev XXI əsrdə dövlətlərin suverenliyinin ən mühüm elementlərindən birinin məhz kibersuverenlik olduğunu deyib. Kibersuverenliyin təmin olunması istiqamətində yüksəkixtisaslı kadr potensialının formalaşdırılmasının zəruriliyindən danışan rektor, bu sahədə ali təhsil müəssisələrinin üzərinə böyük məsuliyyət düşdüyünü, rəqəmsal transformasiya proseslərinə töhfə verə bilən yeni nəsil mütəxəssislərin hazırlanmasının ölkənin kibertəhlükəsizliyi və texnoloji inkişafı baxımından mühüm əhəmiyyətə malik olduğunu qeyd edib.

Tədbirdə həmçinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Baş idarə rəisinin müavini Tural Məmmədov, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının icraçı direktoru Rauf Cabarov, eləcə də Azərbaycanda İnternetin İnkişafı Forumunun prezidenti, Multimedia Mərkəzinin direktoru Osman Gündüz çıxış ediblər. Çıxışlarda dövlət informasiya sistemlərinin mühafizəsinin gücləndirilməsinin kibersuverenliyin əsas istiqamətlərindən biri olduğu, kiberməkanda yaranan risk və təhdidlərə qarşı mübarizənin dövlət qurumları, elmi mühit və vətəndaş cəmiyyəti arasında əməkdaşlıq tələb etdiyi vurğulanıb. Qeyd olunub ki, rəqəmsal transformasiya və süni intellektin sürətli inkişafı fonunda kibersuverenliyin qorunması milli təhlükəsizliyin dayaqlarından biri kimi xüsusi aktuallıq kəsb edir və bu sahədə ölkədə ardıcıl tədbirlər həyata keçirilir.

Sonra akademik Rasim Əliquliyev tədbirdə çıxış edən alim və mütəxəssislərin, dövlət qurumları və vətəndaş cəmiyyəti nümayəndələrinin kibertəhlükəsizliyin təmin olunması ilə bağlı aktual çağırışları əks etdirən fikir və mülahizələrini yüksək qiymətləndirib və çıxışının sonunda tədbirin təşkilində göstərdiyi dəstəyə görə Elm və Təhsil Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidmətinin, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəhbərliyinə, eləcə də vətəndaş cəmiyyəti sektorunun nümayəndələrinə dərin minnətdarlığını bildirib.

Daha sonra konfrans işini bölmə iclasları ilə davam etdirib.

Paylaş:
Digər xəbərlər

Sosial

16-02-2026, 10:25

Təhsil, innovasiya və dayanıqlılıq eyni platformada: 29 ali təhsil müəssisə ...

Müsahibə

27-08-2025, 12:24

Azərbaycan Prezidenti İlham Əliyev “Əl-Ərəbiyyə” telekanalına müsahibə veri ...

Siyasət

22-05-2025, 09:45

Naxçıvanda "Konstitusiya və Suverenlik İli”nə həsr edilən “Kiber Suverenli ...

Müsahibə

22-04-2025, 13:57

Vahid Novruzov: "Keyfiyyətsiz audit aparanlar akkreditasiya sənədini itirə ...

Siyasət

10-04-2025, 10:10

Bakıda Prezident İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" ...

Müsahibə

3-04-2025, 11:01

Səbinə Əliyeva: Mina problemi fundamental insan hüquqlarının kobudcasına po ...

Müsahibə

25-06-2024, 16:06

Məcnun Məmmədov: "Əsas vəzifəmiz aqrar sektorun ÜDM-də payının artırılması ...

Sosial

18-08-2023, 08:11

Azərbaycan Sərhəd Mühafizəsinin yaranmasından 104 il ötür

Siyasət

10-05-2023, 09:44

Ümummilli lider Heydər Əliyev - dövlətə və xalqa xidmətin ali meyarını yara ...

Hadisə
Qazaxıstanın Nəqliyyat Nazirliyi AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı istintaqı davam etdirir
Bakıda evdə yanğın olub, mənzil sahibinin meyiti aşkarlanıb
Bakıda silahlı İNSİDENT: Ölən və yaralanan VAR
SON DƏQİQƏ: Türkiyəyə məxsus neft tankeri DRONLA VURULDU
Sumqayıt şəhərində tonqalda baş berən partlayış zamanı xəsarət alanların kimliyi məlum olub - YENİLƏNİB-3
TƏCİLİ! Xəzər dənizindəki İran gəmiləri vuruldu
Cəmiyyət
Bu gün, 10:24
Azərbaycanda Məhərrəm ayı başlayıb
14-06-2026, 10:47
DİN: "Son zəng" günü ilə bağlı keçirilən tədbirlər zamanı ciddi hüquqazidd halların qarşısı alınıb
12-06-2026, 09:35
Həftəsonu 15 min 700-dən çox bakalavr imtahan verəcək
7-06-2026, 12:29
Bu gün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək
4-06-2026, 10:55
Bakıda Milli Qurtuluş Gününə həsr olunan konsert keçiriləcək
4-06-2026, 10:54
Doktorantura və dissertanturaya qəbul imtahanının tarixləri müəyyənləşib
Son xəbərlər
  • Bu gün, 10:31
    Azərbaycan 16 ildən sonra yenidən IsDB Qrupunun əsas beynəlxalq tədbirinə ev sahibliyi edir
  • Bu gün, 10:26
    Anar Kərimov: "Son 5 ildə gənclərin təhsilinə 2 milyard dollar pul ayrılıb"
  • Bu gün, 10:24
    Azərbaycanda Məhərrəm ayı başlayıb
  • Dünən, 14:21
    Ərdoğan Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik edib
  • Dünən, 08:50
    İlham Əliyev: Əminəm ki, Azərbaycan - ABŞ dostluğunun dərinləşdirilməsi yolunda birgə səylərimizi bundan sonra da davam etdirəcəyik
  • Dünən, 08:43
    Azərbaycanda Milli Qurtuluş Günüdür
  • 14-06-2026, 10:47
    DİN: "Son zəng" günü ilə bağlı keçirilən tədbirlər zamanı ciddi hüquqazidd halların qarşısı alınıb
  • 14-06-2026, 10:45
    Bu gün ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı keçiriləcək
  • 13-06-2026, 11:01
    Milli Qurtuluş Günü Azərbaycanın xilası və inkişaf yolunun başlanğıcıdır - RƏY
  • 12-06-2026, 19:27
    Vilayət Eyvazov Qazaxda vətəndaş qəbulu, Ağstafada sıra baxışı keçirib
  • 12-06-2026, 14:01
    Milli Məclis Qurtuluş günü ilə bağlı Prezidentə və Birinci vitse-prezidentə təbrik ünvanlayıb
  • 12-06-2026, 13:17
    Sahib Süleymanov – Enerji sektorunda uğurlu fəaliyyəti və sosial məsuliyyəti ilə seçilən rəhbər
  • 12-06-2026, 09:56
    İqtisadi Şurada Ələt Azad İqtisadi Zonasının fəaliyyəti müzakirə olunub
  • 12-06-2026, 09:35
    Həftəsonu 15 min 700-dən çox bakalavr imtahan verəcək
  • 12-06-2026, 09:32
    Azərbaycan səfiri etimadnaməsinin surətini Perunun XİN rəsmisinə təqdim edib
  • 12-06-2026, 09:31
    Azərbaycan XİN Rusiyanı təbrik edib
  • 12-06-2026, 09:30
    Azərbaycanda aqrar sektorla bağlı regional müşavirələrə start verilir
  • 11-06-2026, 09:27
    Zakir Həsənov Pakistana başsağlığı verib
  • 11-06-2026, 09:25
    SEPAH İordaniyada ABŞ qırıcılarını məhv etdiyini açıqlayıb
  • 11-06-2026, 09:24
    Hakan Fidan almaniyalı həmkarı ilə ABŞ-İran danışıqlarını müzakirə edib
  • 11-06-2026, 09:23
    Nazir: "Qarabağın və Şərqi Zəngəzurun bərpasına investisiyaların geri ödənişi 5-12 ilə təmin ediləcək"
  • 10-06-2026, 10:56
    Ali Məhkəmə hansı hallarda daşınmaz əmlakın son alıcıdan geri alına biləcəyini açıqlayıb
  • 10-06-2026, 10:55
    Rabatda Azərbaycanın müstəqilliyinin ildönümü münasibətilə rəsmi qəbul təşkil edilib
  • 10-06-2026, 10:54
    Azərbaycan XİN Portuqaliyanı təbrik edib
  • 10-06-2026, 10:51
    Abbas Əraqçi xarici qüvvələri bölgədən çıxmağa çağırıb
  • 9-06-2026, 14:10
    Əli Məsimli: "ARDNF-dən büdcəyə transfertlərin azaldılmasının kompensasiya mənbəyi araşdırılmalıdır"
  • 9-06-2026, 14:08
    Vüqar Gülməmmədov büdcənin icrası haqqında qanun layihəsinə dair iradlarını açıqlayıb
  • 9-06-2026, 09:25
    Ceyhun Bayramov Yaponiyaya rəsmi səfərə yola düşüb
  • 9-06-2026, 09:24
    NYT: Hörmüz boğazı ərazisində ABŞ-nin "Apache" zərbə helikopteri qəzaya uğrayıb
  • 9-06-2026, 09:23
    Azərbaycan millisi bu gün San Marino ilə qarşılaşacaq
  • 9-06-2026, 09:22
    İran danışıqların irəliləməməsində ABŞ-ni günahlandırır
  • 8-06-2026, 09:24
    "Tasnim": İran çox sayda raketləri döyüş vəziyyətinə gətirib
  • 8-06-2026, 09:22
    Ceyhun Bayramov Türkiyədə işgüzar səfərdədir
  • 8-06-2026, 09:21
    Tramp: Netanyahu ABŞ-İran arasında istənilən razılaşmanı qəbul etməli olacaq
  • 8-06-2026, 09:21
    Türkmənistanda Azərbaycan Mədəniyyəti Günləri başa çatıb
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Amil Əliyev
  • Tel: (+99450) 227 24 22
  • Ana səhifə
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Sosial
  • Dünya
  • İdman
  • Mədəniyyət
  • Bölgə
  • Müsahibə
  • Texnologiya
Müəllif hüquqları qorunur. Memur.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Yükləmə gedir gözləyin...