Ərzaq Təhlükəsizliyi üzrə İslam Təşkilatının (ƏTİT) Baş direktoru səfir Berik Arın Bakıya rəsmi səfəri çərçivəsində TÜRKPA-nın Baş katibi Ramil Həsənlə görüşüb.
"Report"un məlumatına görə, görüş zamanı iki təşkilat arasında uzun illərdir davam edən əməkdaşlıq məsələlərinə dair ətraflı fikir mübadiləsi aparılıb.
Həmçinin TÜRKPA-nın Qazaxıstanın fəaliyyətdə olan sədrliyi çərçivəsində həyata keçirdiyi layihələr, təşkilatın daimi komissiyalarının işində ƏTİT-in peşəkar ekspertlərinin mümkün iştirakı da xüsusi olaraq vurğulanıb.