İlham Əliyev Donald Trampa: Münaqişələrin həllinə davamlı sadiqliyiniz ən yüksək beynəlxalq tanınmaya tam layiqdir
siyaset
11-12-2025, 15:44
5
"Report" xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Prezidenti Donald Trampa ünvanladığı məktubda deyib.
"Sizin qətiyyəti və məsuliyyəti rəhbər tutan liderliyiniz qlobal sülhün təşviqi uğrunda əsl xidmətin nümunəsidir.
Əminəm ki, davamlı dialoq və əməkdaşlıq vasitəsilə tərəfdaşlığımız ölkələrimizdə və onun hüdudlarından kənarda da sülhün, təhlükəsizliyin və rifahın möhkəmlənməsinə xidmət edəcəkdir", - dövlət başçısı vurğulayıb.
