• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ana səhifə
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Sosial
  • Dünya
  • İdman
  • Mədəniyyət
  • Bölgə
  • Müsahibə
  • Texnologiya
  • Ana səhifə
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Sosial
  • Dünya
  • İdman
  • Mədəniyyət
  • Bölgə
  • Müsahibə
  • Texnologiya

İlham Əliyev "Rebuild Karabakh-2025" sərgisinin iştirakçılarına müraciət ünvanlayıb

Siyasət

14-10-2025, 12:02

İlham Əliyev "Rebuild Karabakh-2025" sərgisinin iştirakçılarına müraciət ünvanlayıbPrezident İlham Əliyev Bakıda keçirilən 5-ci Azərbaycan Beynəlxalq Qarabağın Bərpası, Yenidənqurulması və İnkişafı Sərgisinin ("Rebuild Karabakh-2025") iştirakçılarına müraciət ünvanlayıb.

"Report" xəbər verir ki, müraciəti tədbirin aparıcısı Mətin Axundov oxuyub.

Mətndə deyilir:

"Hörmətli sərgi iştirakçıları!

Sizi 5-ci Azərbaycan Beynəlxalq "Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı"‒ "Rebuild Karabakh" sərgisinin açılışı münasibətilə səmimi-qəlbdən salamlayıram.

Bu il biz "Xəzər İnşaat Həftəsi" çərçivəsində 5-ci "Rebuild Karabakh" və 30-cu "Azərbaycan Beynəlxalq İnşaat "Baku Build" yubliyey sərgilərini keçiririk.

Builki 5-ci "Rebuild Karabakh" sərgisi Azərbaycan Respublikasının dövlətçilik tarixində əlamətdar bir dövrə – suverenliyimizin və milli birliyimizin təcəssümü olan mühüm ildönümlərinə təsadüf edir. Biz Konstitusiyamızın qəbulunun otuz illiyini və Vətən müharibəsində qazandığımız tarixi Zəfərin beş illiyini böyük qürur hissi ilə qeyd edirik. Əldə etdiyimiz bütün bu nailiyyətlər xalqımızın sarsılmaz iradəsini, həmrəyliyini və strateji hədəflərə doğru irəliləmək əzmini təsdiq etməklə yanaşı, bizi həm də yeni bir missiya – Qarabağın və Şərqi Zəngəzurun dirçəldilməsi ətrafında səfərbər edir.

Hazırda "Böyük Qayıdış" proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərdə uğurla aparılan genişmiqyaslı bərpa və quruculuq işləri regionun simasını köklü şəkildə dəyişir. Müasir şəhərsalma konsepsiyalarına uyğun şəhərlər salınır, yeni məktəblər, xəstəxanalar, yol-nəqliyyat və kommunikasiya infrastrukturu inşa olunur, iş yerləri açılır, yaşıl enerji zonaları və sənaye parkları yaradılır. Qarabağ artıq yalnız milli qürurumuzun rəmzi deyil, həm də XXI əsrin dayanıqlı inkişaf məkanı kimi formalaşır.

"Rebuild Karabakh" sərgisinin yerli və beynəlxalq iştirakçılar üçün əhəmiyyətinin ildən-ilə artması məmnunluq doğurur. Sərgidə müasir texnologiyalar və qabaqcıl innovativ həllər təqdim olunur, birgə layihələr və tərəfdaşlıq imkanları müzakirə edilir, regionun sosial-iqtisadi inkişafı üçün gələcəyə yönələn yeni fürsətlər yaradılır. Artıq beşinci dəfə keçirilən bu tədbir Azərbaycanın əldə etdiyi nailiyyətləri dünyaya nümayiş etdirməklə yanaşı, ölkəmizin qlobal miqyasda investisiya, texnologiya və innovasiya mərkəzi kimi mövqeyini daha da möhkəmləndirir.

Hər il keçirilən bu mötəbər sərgi davamlı quruculuğun, tərəqqinin və sülhün reallığını təcəssüm etdirən, eyni zamanda, gələcəyə istiqamətlənmiş önəmli tədbirdir. Burada qurulan tərəfdaşlıqlar insanlar və xalqlar arasında qarşılıqlı etimadı möhkəmləndirir, yeni əməkdaşlıq körpüləri yaradır və Qarabağı dayanıqlı inkişaf gündəliyinin mərkəzinə çevirir.

Əminəm ki, bu sərgi bütün iştirakçılar arasında tərəfdaşlıq münasibətlərinin qurulmasına, müasir inkişaf və investisiya təşəbbüslərinin müəyyən edilməsinə təkan verərək Qarabağın, eləcə də bütün regionun dirçəldilməsi baxımından bundan sonra da vacib rol oynayacaqdır.

Bu xoş fürsətdən istifadə edərək, 5-ci yubiley sərgisi münasibətilə bütün təşkilatçıları və iştirakçıları bir daha ürəkdən təbrik edir, "Rebuild Karabakh" sərgisinə qarşıdakı illərdə də uğurlar və yeni-yeni nailiyyətlər arzulayıram".

Paylaş:
Digər xəbərlər

Siyasət

24-09-2025, 12:08

İlham Əliyev III Beynəlxalq Statistika Forumunun iştirakçılarına müraciət ü ...

Siyasət

19-10-2023, 15:19

Prezident: “Heydər Əliyev suveren Azərbaycanı Qarabağsız və onun tacı olan ...

Siyasət

19-10-2022, 12:04

İlham Əliyev: “Rebuild Karabakh” Sərgisi faydalı işgüzar mühitin yeni model ...

Siyasət

19-10-2022, 12:02

İlham Əliyev 27-ci Beynəlxalq İnşaat Sərgisinin iştirakçılarına müraciət ün ...

Siyasət

19-10-2022, 11:21

Prezident: “Zəngəzur dəhlizinin reallaşdırılması regionu mühüm nəqliyyat-ti ...

Hadisə
Sumqayıt şəhərində tonqalda baş berən partlayış zamanı xəsarət alanların kimliyi məlum olub - YENİLƏNİB-3
TƏCİLİ! Xəzər dənizindəki İran gəmiləri vuruldu
ABŞ-nin “Cerald R. Ford” aviadaşıyıcısı yanğın səbəbindən Kritə qayıdır
İran dronu Əbu-Dabidəki neft emalı zavoduna zərbə endirdi
Binəqədidə 9 mərtəbəli yaşayış binasında yanğın başlayıb
Ankarada həbsdən çıxan şəxs anasını, həyat yoldaşını, qızını və özünü öldürüb
Cəmiyyət
Bu gün, 10:36
FHN vətəndaşları bayramla əlaqədar yanğın təhlükəsizliyinə riayət etməyə çağırıb
Bu gün, 10:28
Ötən gün axtarışda olan 34 nəfər saxlanılıb
20-03-2026, 18:52
Azərbaycana yaz fəsli daxil olub
20-03-2026, 04:23
Azərbaycanda 11 günlük bayram tətili başladı
19-03-2026, 04:49
Alena Əliyeva Novruz yarmarkasını ziyarət etdi
18-03-2026, 18:42
Abşeronun inkişafına rəhbərlik edən lider – Abdin Fərzəliyevin uğurlu fəaliyyəti
Son xəbərlər
  • Bu gün, 11:53
    Sumqayıt şəhərində tonqalda baş berən partlayış zamanı xəsarət alanların kimliyi məlum olub - YENİLƏNİB-3
  • Bu gün, 10:36
    FHN vətəndaşları bayramla əlaqədar yanğın təhlükəsizliyinə riayət etməyə çağırıb
  • Bu gün, 10:32
    İran İsrailə qarşı mübarizənin yeni mərhələsinin başladığını bəyan edib
  • Bu gün, 10:28
    Ötən gün axtarışda olan 34 nəfər saxlanılıb
  • Bu gün, 08:49
    Tramp Putinə Avropa liderlərindən daha çox etibar etdiyini deyib
  • Bu gün, 08:43
    Fidan: Ərəb ölkələri İrana son xəbərdarlığını göndərib
  • 20-03-2026, 19:01
    Polis bayram günü gücləndirilmiş iş rejimində xidmət edir
  • 20-03-2026, 18:57
    Çexiyada İsraillə əlaqəli müdafiə sənayesi müəssisəsində yanğın baş verib
  • 20-03-2026, 18:57
    Mehriban Əliyeva Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
  • 20-03-2026, 18:56
    Şuşada Novruz şənlikləri təşkil edilib
  • 20-03-2026, 18:52
    Azərbaycana yaz fəsli daxil olub
  • 20-03-2026, 04:36
    İTSDA-nın icbari tibbi sığorta sahəsindəki səlahiyyətləri ləğv olunub, yeni agentlik yaradılıb
  • 20-03-2026, 04:32
    Aİ sammiti ABŞ-nin İrana qarşı münaqişəsində hərbi dəstəyə dair qərar qəbul etməyib
  • 20-03-2026, 04:27
    Bu gün Azərbaycanda Novruz bayramıdır
  • 20-03-2026, 04:23
    Azərbaycanda 11 günlük bayram tətili başladı
  • 19-03-2026, 18:59
    İlham Əliyev və Mirziyoyev regiondakı vəziyyəti müzakirə etdi
  • 19-03-2026, 18:55
    İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
  • 19-03-2026, 04:54
    İranın Ali Lideri Laricaninin qisasını alacağına söz verib
  • 19-03-2026, 04:51
    “Biz bu torpaqların əsl sahibləriyik” - İlham Əliyev
  • 19-03-2026, 04:49
    Alena Əliyeva Novruz yarmarkasını ziyarət etdi
  • 19-03-2026, 04:46
    Putin Laricaninin ölümü bağlı Xameneiyə başsağlığı verdi
  • 19-03-2026, 04:41
    "20 Yanvar" metrostansiyasında törədilən terror aktından 32 il keçir
  • 19-03-2026, 04:37
    ABŞ-nin dövlət borcu tarixdə ilk dəfə 39 trilyon dolları keçib
  • 19-03-2026, 04:35
    İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlər və infrastrukturun bərpası işləri ilə tanış olub
  • 19-03-2026, 04:32
    TƏCİLİ! Xəzər dənizindəki İran gəmiləri vuruldu
  • 18-03-2026, 19:07
    Prezident İlham Əliyev Xocavəndin Xanoba kəndində görülən işlərlə tanış olub
  • 18-03-2026, 18:42
    Abşeronun inkişafına rəhbərlik edən lider – Abdin Fərzəliyevin uğurlu fəaliyyəti
  • 18-03-2026, 16:56
    Müasir yol infrastrukturunun qurucusu – Vüsal Nəsirlinin uğurlu fəaliyyəti
  • 18-03-2026, 16:29
    Peşəkarlıq və məsuliyyət nümunəsi – Hikmət Seyidovun fəaliyyəti
  • 18-03-2026, 16:20
    Qax rayonunun inkişafında uğurlu idarəçilik nümunəsi – Elvin Paşayev
  • 18-03-2026, 06:38
    Vidadi İsayevdən "kadr islahat"ları - "Kənd sovetləri"nin müavinləri işdən çıxarıldı...
  • 18-03-2026, 06:35
    Mingəçevirdə bayram tədbirləri üçün 51 min manat xərclənəcək
  • 18-03-2026, 06:33
    Nizami Rayon İcra Hakimiyyəti rabitə xərclərini açıqlayıb
  • 18-03-2026, 05:50
    ÇL: “Real Madrid”, PSJ və “Arsenal” 1/4 finalda
  • 18-03-2026, 05:48
    İran prezidenti Laricaninin ölümünə görə qisas vəd edib
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Amil Əliyev
  • Tel: (+99450) 227 24 22
  • Ana səhifə
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Sosial
  • Dünya
  • İdman
  • Mədəniyyət
  • Bölgə
  • Müsahibə
  • Texnologiya
Müəllif hüquqları qorunur. Memur.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Yükləmə gedir gözləyin...