• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ana səhifə
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Sosial
  • Dünya
  • İdman
  • Mədəniyyət
  • Bölgə
  • Müsahibə
  • Texnologiya
  • Ana səhifə
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Sosial
  • Dünya
  • İdman
  • Mədəniyyət
  • Bölgə
  • Müsahibə
  • Texnologiya

Nazim Hacıyev: Özbəkistan şirkətləri Azərbaycan bazarına daxil olmağa maraq göstərir - MÜSAHİBƏ

Siyasət

1-10-2025, 14:08

Nazim Hacıyev: Özbəkistan şirkətləri Azərbaycan bazarına daxil olmağa maraq göstərir - MÜSAHİBƏAzərbaycan-Özbəkistan İnvestisiya Şirkəti Özbəkistanda qeydiyyata alınmış birgə investisiya strukturudur və iki ölkə iqtisadiyyatının müxtəlif sektorlarında layihələrin həyata keçirilməsi üzrə ixtisaslaşıb. Şirkət sənaye, rəqəmsallaşma, təhsil və pərakəndə biznes sahələrində təşəbbüsləri dəstəkləyir, həmçinin yerli və xarici tərəfdaşlarla fəal şəkildə əməkdaşlıq edir.

Şirkətin direktoru Nazim Hacıyev "Report"a müsahibəsində cari layihələr və növbəti il üçün planlar haqqında danışıb.

- Məlum olduğu kimi, şirkətinizin baş ofisi Özbəkistanda yerləşir. Bakıdakı filialın fəaliyyəti haqqında ətraflı məlumat verə bilərsinizmi?

- Bəli, doğrudur. Biz Özbəkistan şirkəti kimi qeydiyyatdan keçmişik və baş ofisimiz Özbəkistanda yerləşir. Təxminən iki ay əvvəl Bakıda filial açdıq. Əsas məqsəd Özbəkistan şirkətlərinin də iştirakı ilə Azərbaycan ərazisində investisiya layihələrinin həyata keçirilməsidir.

- Özbəkistanda 15 layihə ekspertiza mərhələsindədir, artıq təxminən 80 milyon ABŞ dolları məbləğində altı təşəbbüs təsdiqlənib. Söhbət hansı layihələrdən gedir və onların nə zaman həyata keçirilməsi planlaşdırılır?

- Müşahidə Şuramızın təsdiqlədiyi layihələrdən ən böyüyü Daşkənddə özəl beynəlxalq məktəbin inşasıdır. Bizim hesablamalarımıza görə, bu, ölkədə ən böyük məktəb olacaq. Layihə digər iki maliyyə institutu, həmçinin ortaq investorlarımızla birgə həyata keçirilir, məktəbi isə xarici şirkət idarə edəcək. Tədris beynəlxalq proqram üzrə ingilis dilində aparılacaq.

Təsdiqlənmiş digər beş layihə əsasən Özbəkistan iqtisadiyyatının müxtəlif sektorlarında istehsal layihələridir.Ekspertiza mərhələsində olan 15 layihəyə gəlincə, onların arasında pərakəndə ticarət sahəsində təşəbbüslər (xüsusilə supermarketlər şəbəkəsi), həmçinin bərpa olunan enerji üçün avadanlıq istehsalı layihələri var. Əslində onların sayı artıq 15-dən çoxdur, lakin yalnız ekspertizadan uğurla keçənlər Müşahidə Şurasında müzakirəyə çıxarılır. İlin sonuna qədər daha bir neçə layihəni təsdiq üçün Müşahidə Şurasına təqdim etməyi planlaşdırırıq.

– Şirkət həmçinin rəqəmsallaşma sahəsinə də investisiya qoyuluşunu nəzərdən keçirir. Bu istiqamət haqqında daha ətraflı məlumat verə bilərsinizmi?

- Bəli, belə layihələrdən biri artıq Müşahidə Şurası tərəfindən təsdiqlənib və hazırda həyata keçirilmə mərhələsindədir. Onun bu ilin oktyabrında başa çatacağına ümid edirik. Söhbət xarici şirkətlə birlikdə Özbəkistanda mini data mərkəzlərinin istehsalının təşkilindən gedir. Biz belə məhsullara böyük tələbatın olduğunu görürük və istehsal olunan mərkəzlərin bir hissəsini regiondan kənara, o cümlədən ərəb ölkələrinə ixrac etməyi planlaşdırırıq.

– Şirkət Almaniya, İtaliya, Yaponiya və Yaxın Şərq ölkələrində tərəfdaşlar axtarır. Hansı potensial tərəfdaşlarla artıq razılaşmalar əldə edilib?

- Bizim regiondan kənarda xarici şirkətlərlə bir sıra razılaşmalarımız var. Xüsusilə almaniyalı tərəfdaşlar Özbəkistanda bizimlə birgə layihəni həyata keçirməyə maraq göstərir. Keçən həftə biz İtaliyadan olan potensial tərəfdaşlarla da danışıqlar apardıq. Hər iki layihənin əvvəlcə Özbəkistanda həyata keçirilməsi, bu prosesin uğurlu olacağı halda isə Azərbaycanda reallaşdırılmasının nəzərdən keçirilməsi planlaşdırılır.

– Azərbaycanda hansı layihələr həyata keçirilir və ya həyata keçirilməsi planlaşdırılır?

- Azərbaycanda artıq Özbəkistan şirkətləri ilə birgə həyata keçirilən və ya həyata keçiriləcək bir neçə layihə var. Özbəkistan biznesi Azərbaycan bazarına çıxmağa böyük maraq göstərir və biz bu təşəbbüslərə maksimum dəstək olmağa çalışırıq. Bunlar əsasən istehsal şirkətləridir, xüsusilə də pambıq məhsulları da daxil olmaqla toxuculuq sənayesində.Eyni zamanda biz Özbəkistan bazarına çıxmağı planlaşdıran Azərbaycanın özəl şirkətləri ilə danışıqlar aparırıq. Onların maraqları daha müxtəlifdir: həm istehsal sektorunu, həm də əyləncə sənayesini əhatə edir. Hələlik bu təşəbbüslər erkən mərhələdədir və hələ investisiya ekspertizasından keçməyib.

– Şirkətin kapitalının artırılması planlaşdırılırmı?

- Şirkətin kapitalı səhmdarlar tərəfindən ehtiyac olduqca artırılır. Məlum olduğu kimi, elan edilmiş kapitalın həcmi 500 milyon ABŞ dollarıdır. Müşahidə Şurası tərəfindən yeni layihələr təsdiqləndikcə bu məbləğ çərçivəsində özbək və azərbaycanlı səhmdarlar investisiya qoyuluşu həyata keçirir.

– Şirkətin gələn il üçün hədəfləri nələrdir?

- Növbəti ildə biz artıq təsdiqlənmiş layihələri həyata keçirməyi və yeni təşəbbüslər portfelini genişləndirməyi planlaşdırırıq. Düşünürəm ki, onların sayı bu illə müqayisədə xeyli çox olacaq. Buna Bakı ofisinin açılması, Avropadakı potensial tərəfdaşlarımızla fəal iş, marketinq və PR fəaliyyəti sayəsində şirkət haqqında məlumatlılığın artırılması kömək edəcək. Özbəkistanda və Azərbaycanda getdikcə daha çox sahibkar əməkdaşlıq təklifləri ilə bizə müraciət edir.

Paylaş:
Digər xəbərlər

Sosial

25-04-2025, 15:53

Muhiddin İbrahimov: “Azərbaycan və Özbəkistan arasında əməkdaşlığın yeni mə ...

Sosial

25-04-2025, 11:47

Çin-Qırğızıstan-Özbəkistan marşrutu Azərbaycanın iştirakı ilə Avropaya tran ...

Sosial

4-03-2025, 11:23

Azərbaycan-Özbəkistan Hökumətlərarası Komissiyasının 14-cü iclası olacaq

Sosial

6-11-2024, 14:29

Özbəkistan TDT çərçivəsində investisiya forumu və logistika konfransı keçir ...

İqtisadiyyat

12-07-2024, 10:48

Özbəkistanda Azərbaycan da daxil olmaqla 10 ölkə 7 milyard dollarlıq invest ...

Hadisə
Qazaxıstanın Nəqliyyat Nazirliyi AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı istintaqı davam etdirir
Bakıda evdə yanğın olub, mənzil sahibinin meyiti aşkarlanıb
Bakıda silahlı İNSİDENT: Ölən və yaralanan VAR
SON DƏQİQƏ: Türkiyəyə məxsus neft tankeri DRONLA VURULDU
Sumqayıt şəhərində tonqalda baş berən partlayış zamanı xəsarət alanların kimliyi məlum olub - YENİLƏNİB-3
TƏCİLİ! Xəzər dənizindəki İran gəmiləri vuruldu
Cəmiyyət
19-06-2026, 09:50
Həftəsonu 365 nəfər təkrar imtahan verəcək
19-06-2026, 09:49
Vüsal Hüseynov vətəndaş qəbulu keçirəcək
17-06-2026, 18:42
Vətənə sədaqətin və xeyirxahlığın nümunəsi-Vətənpərvər iş adamı Üzeyir İsmayılov
16-06-2026, 10:24
Azərbaycanda Məhərrəm ayı başlayıb
14-06-2026, 10:47
DİN: "Son zəng" günü ilə bağlı keçirilən tədbirlər zamanı ciddi hüquqazidd halların qarşısı alınıb
12-06-2026, 09:35
Həftəsonu 15 min 700-dən çox bakalavr imtahan verəcək
Son xəbərlər
  • Dünən, 15:05
    Türkiyə TDT üzvləri arasında rəqəmsal iqtisadiyyat üzrə tərəfdaşlıq sazişini təsdiqləyib
  • Dünən, 14:59
    Rektor Gəray Gəraybəyli 2025–2026-cı tədris ilinin yay imtahan sessiyasının gedişi ilə tanış olub
  • Dünən, 14:56
    Qarabağ və Şərqi Zəngəzurdakı layihələr Azərbaycanın iqtisadi gücünü əks etdirir - RƏY
  • Dünən, 14:53
    Azərbaycan və Belarus arasında hərbi obyektlərin mühafizəsi müzakirə olunub
  • 19-06-2026, 14:07
    “Vətənpərvərlər Maarifləndirmə” İB-yi 18 iyunda Milli Qəhraman Mübariz İbrahimovun anım gününə həsr olunmuş tədbir keçirib
  • 19-06-2026, 09:53
    Azərbaycan Misirlə qarşılıqlı biznes platforma formalaşdırmağı müzakirə edib
  • 19-06-2026, 09:52
    Rəhman Hümmətov: "Orta dəhliz infrastrukturunun prioritet şəkildə inkişafı zəruridir"
  • 19-06-2026, 09:52
    Xankəndi şəhərinə daha 18 ailə yola salınıb
  • 19-06-2026, 09:51
    Azərbaycan və İtaliya arasında mədəni əməkdaşlığın yeni istiqamətləri müzakirə olunub
  • 19-06-2026, 09:50
    Həftəsonu 365 nəfər təkrar imtahan verəcək
  • 19-06-2026, 09:49
    Vüsal Hüseynov vətəndaş qəbulu keçirəcək
  • 19-06-2026, 09:48
    İran XİN İordan çayının Qərb sahilində baş verənləri pisləyib
  • 18-06-2026, 23:16
    Elşad Hacıyev: DİN-ə gün ərzində daxil olan müraciətlərin çoxu sosial media ilə əlaqədardır
  • 18-06-2026, 18:39
    “TABIA Group” və “FlyKhiva” arasında əməkdaşlıq memorandumu imzalandı
  • 18-06-2026, 18:24
    Sultan Hacıyev keniyalı nazirlə görüşdü
  • 18-06-2026, 18:19
    İlham Əliyev Bakıda açılış mərasimində
  • 18-06-2026, 16:01
    İlham Əliyev Bakıda İslam İnkişaf Bankı Qrupunun illik toplantılarının açılış mərasimində iştirak edib
  • 18-06-2026, 14:47
    İlham Əliyev İslam İnkişaf Bankı Qrupunun sədrinə "Dostluq" ordenini təqdim edib
  • 18-06-2026, 14:46
    İlham Əliyev: Ermənistan 90-cı illərdə urbisid yaratmışdı, lakin onlara qarşı heç bir sanksiya tətbiq olunmadı
  • 18-06-2026, 10:16
    İlham Əliyev: Azərbaycanın sabit, uğurlu inkişafı var
  • 18-06-2026, 10:13
    İlham Əliyev: Dünya ölkələrinin əksəriyyətinin dəstəyi Azərbaycanın nailiyyətlərinə əsaslanır
  • 18-06-2026, 10:12
    Prezident: Azərbaycan vasitəsilə daşınan yüklərin həcmini iki dəfə artırmaq istəyirik
  • 18-06-2026, 10:11
    Azərbaycan İraqla monetar siyasətin təkmilləşdirilməsini müzakirə edib
  • 18-06-2026, 10:07
    İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilir
  • 17-06-2026, 18:42
    Vətənə sədaqətin və xeyirxahlığın nümunəsi-Vətənpərvər iş adamı Üzeyir İsmayılov
  • 17-06-2026, 11:16
    Mikayıl Cabbarov: "Azərbaycan biznes və investisiya üçün etibarlı məkandır"
  • 17-06-2026, 10:40
    İlham Əliyev ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvünü qəbul edib
  • 17-06-2026, 10:38
    Əli Əsədov: Azərbaycan investisiya dialoqu üçün öz beynəlxalq platformasını yaradıb
  • 17-06-2026, 10:36
    Baş nazir Əli Əsədova "Bright Uzbekistan" layihəsi təqdim olunub
  • 16-06-2026, 16:02
    Vətəndaşların qanunvericilik təşəbbüsü hüququndan istifadə qaydası elektronlaşdırılır
  • 16-06-2026, 12:41
    Fərhan Əliyev – Peşəkarlıq, məsuliyyət və inkişaf yolunun uğurlu rəhbəri
  • 16-06-2026, 10:31
    Azərbaycan 16 ildən sonra yenidən IsDB Qrupunun əsas beynəlxalq tədbirinə ev sahibliyi edir
  • 16-06-2026, 10:26
    Anar Kərimov: "Son 5 ildə gənclərin təhsilinə 2 milyard dollar pul ayrılıb"
  • 16-06-2026, 10:24
    Azərbaycanda Məhərrəm ayı başlayıb
  • 15-06-2026, 14:21
    Ərdoğan Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik edib
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Amil Əliyev
  • Tel: (+99450) 227 24 22
  • Ana səhifə
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Sosial
  • Dünya
  • İdman
  • Mədəniyyət
  • Bölgə
  • Müsahibə
  • Texnologiya
Müəllif hüquqları qorunur. Memur.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Yükləmə gedir gözləyin...