“Vətənpərvərlər Maarifləndirmə” İB-yi 18 iyunda Milli Qəhraman Mübariz İbrahimovun anım gününə həsr olunmuş tədbir keçirib.Xatırladaq ki, 18 iyun Azərbaycanın Milli Qəhramanı Mübariz İbrahimovun anım günü, vətənini son dəfə və əbədi olaraq qoruduğu gündür. Mübariz İbrahimov Azərbaycan tarixində xüsusi yeri olan hərbçilərdən biridir. Onun həyatı qısa olsa da, göstərdiyi qəhrəmanlıq və fədakarlıq uzun illərdir ki, cəmiyyətin yaddaşında yaşayır. O, təkcə bir zabit kimi deyil, həm də vətənə sədaqətin və qorxmazlığın simvolu kimi qəbul edilir. “Vətənpərvərlər Maarifləndirmə” İB-nin təçkilatçılığı ilə Milli Qəhrəman Mübariz İbrahimovun Anım günü münasibəti ilə tədbir keçirildi. İlk olaraq Milli Qəhrəmanın dəfn olunduğu 2-ci fəxri Xiyabandakı məzarı ziyarət olundu. Tədbirdə Millət vəkilləri Aqil Abbas, Aydın Mirzəzadə, Rövşən Muradov, həmçinin qazilər, ziyalılar, ŞƏHİD anaları, müharibə veteranları iştirak edirdilər. Eyni zamanda QHT rəhbərləri də bu tədbirə qatılmışdılar.
Aqil Abbas: “Mübariz İbrahimovun yeri cənnətdir, bizim yerimiz isə...”
İlk olaraq Millət vəkili Aqil Abbas Milli Qəhrəman Mübariz İbrahimovun məzarı başında çıxış elədi.
“Biz istədik, istəmədik onun yeri behiştdir. Mən həmişə televiziyalarda da demişəm. Şəhidlərnən mənim fərqim nədir?
Onlar vətən yolunda Şəhid oludular. Məndən az güldülər, amma onların yeri cənnətdir, mən isə cəhənnəm. Viktor Hüqo deyirdi ki, Allah tərəfindən sevilənlər cavan ölürlər. Onlar həm də Allahın sevimli bəndələridirlər. Mübariz Seyid övladı idi, Mübariz İmam Hüseyn dərsi keçmişdi. Bütün şəhidlərimizin qanında İmam Hüseyn qanı var idi. Birinci Qarabağ müharibəsində 15,16, 17 yaşlı uşaqlar başlarına qara bağlamışdılar. Həmin parçada İmam Əlinin və Hüseyinin adı yazılmışdı.”-deyə Aqil Abbas Mübariz İbrahimovun qəhrəmanlığından danışıb, çıxışını yekunlaşdırdı.Deputat Aydın Mirzəzadə: “Mübariz İbrahimovun qarşısını ala bilmədiklərinə görə Ermənistan ordusunda iki general və on polkovnik işdən çıxarılıb”
Növbəti çıxış üçün söz Deputat Aydın Mirzəzadəyə verildi.
“Heç kəs Mübarizə tapşırırq verməmişdi. Mübariz elə bir hərəkət elədi ki, tək Azərbaycan tarixində deyil, deyərdim ki, bəşər tarixində bir igidlik nümunəsi göstərdi. Hətta Mübariz haqqında bir sıra böyük dövlətlərin rəhbərləri belə öz çıxışlarında vurğuladılar ki, Azərbaycanda belə bir qəhrəmanlıq göstərən igidlər yetişib. O, torpaqların işğaldan azad olunmasına, düşmənin cəzalandırılmasına öz tövhəsini vermək istədi. Zaman göstərdi ki, o düzgün edib. Sonradan oxudum ki, Mübariz İbrahimovun qarşısını ala bilmədiklərinə görə Ermənistan ordusunda iki general və on polkovnik işdən çıxarılıb.”-deyə Aydın Mirzəzadə sonda gənclərin həyatında Mübariz İbrahimovun hansı rol oynadığını vurğulayaraq çıxışını sonlandırdı.Millət Vəkili Rövşən Muradov: “O göstərdi ki, Azərbaycan xalqı öz torpaqlarını geri alacaq, ona qadirdir”
Növbəti söz isə Millət vəkili Rövşən Muradova verildi.
Millət vəkili çıxışına kədərli və kövrək əhvalla başladı.
“Mən Mübariz İbrahimovun qəhrəmanlığını hər zaman öz tələbələrimə davamlı olaraq çatdırıram. Biz hamımız Azərbaycanlıyıq, bizim tariximiz var, erməninin tarixi yoxdur. Bu dövlət, bu xalq həmişə qəhrəman olub. Mübariz ölməyib yaşayır. Allah ona qəni-qəni rəhmət eləsin. O, zəhmətkeş bir ailədə dünyaya göz açıb. Onun dostları həmişə deyiblər ki, o dəyanətli, qeyrətli və namuslu bir igid olub. Gənclərə tövsiyəm odur ki, bütün Azərbaycanlı gənclərimiz, övladlarımız, oğlanlı, qızlı hamısı gərək Mübariz İbrahimovdan nümunə götürsünlər. O göstərdi ki, Azərbaycan xalqı öz torpaqlarını geri alacaq, ona qadirdir.”-deyə Millət vəkili çıxışını yekunlaşdırdı.Tədbirdə tarixçi-alim Nazim Tapdıqoğlu, “Xocalıya Ədalət”İB-nin sədri Şamil Sabiroğlu və başqaları çıxış edərək Mübariz İbrahimov nümunəsindən ürək dolusu danışıb. ehtiramla şəhidlərimizin əziz xatirəsini yad etdilər.
Xatırladaq ki, tədbir mərasim evində ehsan süfrəsində davam elədi.
Tədbirdə İştirak edənlər “Vətənpərvərlər Maarifləndirmə” İB-nin sədri Aynur İsayevaya, Çingiz Bayramova və digər bu tədbirin baş tutmasında əməyi olanlara təşəkkürlərini bildirdilər.