Özbəkistanda Azərbaycan da daxil olmaqla 10 ölkə 7 milyard dollarlıq investisiya layihələri həyata keçirir
iqtisadiyyat
12-07-2024, 10:48
118

"Report"un məlumatına görə, bu barədə Özbəkistanın dövlət başçısı Şavkat Mirziyoyevin mətbuat xidmətinin bəyanatında deyilir.
Məlumata görə, Özbəkistan rəhbərinə 2,1 milyard dollar dəyərində 25 layihə təqdim olunub.
Qeyd olunur ki, Azərbaycanla yanaşı, Avstriya, ABŞ, Çin, Rusiya, Türkiyə, Almaniya, Səudiyyə Ərəbistanı, Küveyt və Yaponiya şirkətləri tekstil, qida, tibb, elektrik sənayesi, tikinti materialları, xidmət və digər sənaye sahələrini əhatə edən 132 layihəyə sərmayə qoyublar.
Bu layihələrin icrası nəticəsində 23 mindən çox insanın işlə təmin olunması nəzərdə tutulur.