• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ana səhifə
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Sosial
  • Dünya
  • İdman
  • Mədəniyyət
  • Bölgə
  • Müsahibə
  • Texnologiya
  • Ana səhifə
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Sosial
  • Dünya
  • İdman
  • Mədəniyyət
  • Bölgə
  • Müsahibə
  • Texnologiya

Qarabağ və Şərqi Zəngəzurdakı layihələr Azərbaycanın iqtisadi gücünü əks etdirir - RƏY

Siyasət

Bu gün, 14:56

Qarabağ və Şərqi Zəngəzurdakı layihələr Azərbaycanın iqtisadi gücünü əks etdirir - RƏYQarabağ və Şərqi Zəngəzurda həyata keçirilən layihələr Azərbaycanın iqtisadi potensialının və maliyyə imkanlarının göstəricisidir.

Bunu "Report"a açıqlamasında Milli Məclisin deputatı Vasif Qafarov deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin İslam İnkişaf Bankı Qrupunun Bakıda keçirilən 2026-cı il üzrə İllik Toplantılarında səsləndirdiyi fikirlər Azərbaycanın milli maraqları, regional təhlükəsizlik və postmünaqişə dövrünün reallıqları baxımından xüsusi əhəmiyyət daşıyır:

"Dövlət başçısının vurğuladığı kimi, Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam təmin etdikdən sonra işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma prosesinə başlamış, bu istiqamətdə 17 milyard ABŞ dollarına yaxın investisiya yönəltmişdir. Hazırda Qarabağ və Şərqi Zəngəzurda təxminən 90 min insanın yaşaması, işləməsi və təhsil alması həyata keçirilən dövlət siyasətinin real nəticəsi kimi qiymətləndirilməlidir".

Deputat bildirib ki, dövlət maraqları baxımından bu proses, ilk növbədə, Azərbaycanın ərazi bütövlüyünün yalnız hərbi-siyasi deyil, həm də sosial-iqtisadi müstəvidə tam təmin olunmasını nümayiş etdirir:

"Uzun illər işğal altında qalmış ərazilərin yenidən məskunlaşdırılması, müasir şəhər və kəndlərin salınması, nəqliyyat-kommunikasiya xətlərinin, enerji və su infrastrukturunun qurulması həmin torpaqların ölkənin ümumi inkişaf sisteminə inteqrasiyasını sürətləndirir. Bu isə Azərbaycanın milli təhlükəsizliyinin möhkəmlənməsinə, regionda dayanıqlı sabitliyin təmin olunmasına və strateji nəzarətin güclənməsinə xidmət edir".Qarabağ və Şərqi Zəngəzurdakı layihələr Azərbaycanın iqtisadi gücünü əks etdirir - RƏYVasif Qafarov qeyd edib ki, Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən layihələr Azərbaycanın iqtisadi potensialının və maliyyə imkanlarının göstəricisidir:
"Müharibədən çıxmış bir dövlətin qısa müddət ərzində milyardlarla dollar həcmində investisiya yatıraraq beynəlxalq hava limanları, avtomobil və dəmir yolları, enerji obyektləri və yaşayış məntəqələri inşa etməsi ölkənin iqtisadi dayanıqlığını və strateji planlaşdırma qabiliyyətini nümayiş etdirir. Bu, həm də xarici investorlar və beynəlxalq maliyyə institutları üçün Azərbaycanın etibarlı tərəfdaş imicini daha da gücləndirir".

Milli Məclisin üzvü söyləyib ki, dövlət başçısının çıxışında xüsusi vurğulanan məqamlardan birinin də Azərbaycanın müharibədən sonra sülh təşəbbüsü ilə çıxış etməsidir:

"Azərbaycanın qalib tərəf olmasına baxmayaraq, regionda yeni qarşıdurma deyil, əməkdaşlıq və inkişaf mühitinin formalaşdırılmasını təşviq etməsi dövlətimizin məsuliyyətli və uzaqgörən siyasətinin göstəricisidir. Bu yanaşma Cənubi Qafqazın iqtisadi inteqrasiyasına, nəqliyyat-kommunikasiya əlaqələrinin genişlənməsinə və regionun beynəlxalq investisiya məkanına çevrilməsinə xidmət edir. Azərbaycanın sülh gündəliyinə sadiqliyi beynəlxalq ictimaiyyət tərəfindən də müsbət qarşılanır və ölkəmizin diplomatik mövqelərini gücləndirir".

Deputat həmçinin Qarabağ və Şərqi Zəngəzurun bərpasının, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının, böyük həcmli investisiyaların həyata keçirilməsinin və Azərbaycanın sülh təşəbbüslərinin dövlət maraqları baxımından strateji əhəmiyyət daşıdığını ifadə edib:

"Bu siyasət ölkənin suverenliyinin möhkəmləndirilməsinə, iqtisadi inkişafın sürətləndirilməsinə, regional liderlik mövqeyinin güclənməsinə və gələcək nəsillər üçün təhlükəsiz, sabit və firavan Azərbaycanın formalaşmasına xidmət edir. Bu gün Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq işləri təkcə bərpa prosesi deyil, həm də Azərbaycanın yeni inkişaf mərhələsinin və milli qürurunun təcəssümüdür".

Paylaş:
Digər xəbərlər

Siyasət

18-06-2026, 18:19

İlham Əliyev Bakıda açılış mərasimində

Siyasət

18-06-2026, 16:01

İlham Əliyev Bakıda İslam İnkişaf Bankı Qrupunun illik toplantılarının açıl ...

Sosial

3-06-2026, 12:41

Məcburi köçkünlərlə bağlı sosial dəstək mexanizmləri mərhələli şəkildə yeni ...

Sosial

14-03-2026, 20:18

Vasif Qafarov: Azərbaycan regionda davamlı sabitliyin təmin olunmasına xidm ...

Müsahibə

27-08-2025, 12:24

Azərbaycan Prezidenti İlham Əliyev “Əl-Ərəbiyyə” telekanalına müsahibə veri ...

Müsahibə

22-04-2025, 13:57

Vahid Novruzov: "Keyfiyyətsiz audit aparanlar akkreditasiya sənədini itirə ...

Siyasət

10-04-2025, 10:10

Bakıda Prezident İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" ...

Müsahibə

3-04-2025, 11:01

Səbinə Əliyeva: Mina problemi fundamental insan hüquqlarının kobudcasına po ...

Siyasət

10-05-2023, 09:44

Ümummilli lider Heydər Əliyev - dövlətə və xalqa xidmətin ali meyarını yara ...

Hadisə
Qazaxıstanın Nəqliyyat Nazirliyi AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı istintaqı davam etdirir
Bakıda evdə yanğın olub, mənzil sahibinin meyiti aşkarlanıb
Bakıda silahlı İNSİDENT: Ölən və yaralanan VAR
SON DƏQİQƏ: Türkiyəyə məxsus neft tankeri DRONLA VURULDU
Sumqayıt şəhərində tonqalda baş berən partlayış zamanı xəsarət alanların kimliyi məlum olub - YENİLƏNİB-3
TƏCİLİ! Xəzər dənizindəki İran gəmiləri vuruldu
Cəmiyyət
Dünən, 09:50
Həftəsonu 365 nəfər təkrar imtahan verəcək
Dünən, 09:49
Vüsal Hüseynov vətəndaş qəbulu keçirəcək
17-06-2026, 18:42
Vətənə sədaqətin və xeyirxahlığın nümunəsi-Vətənpərvər iş adamı Üzeyir İsmayılov
16-06-2026, 10:24
Azərbaycanda Məhərrəm ayı başlayıb
14-06-2026, 10:47
DİN: "Son zəng" günü ilə bağlı keçirilən tədbirlər zamanı ciddi hüquqazidd halların qarşısı alınıb
12-06-2026, 09:35
Həftəsonu 15 min 700-dən çox bakalavr imtahan verəcək
Son xəbərlər
  • Bu gün, 15:05
    Türkiyə TDT üzvləri arasında rəqəmsal iqtisadiyyat üzrə tərəfdaşlıq sazişini təsdiqləyib
  • Bu gün, 14:59
    Rektor Gəray Gəraybəyli 2025–2026-cı tədris ilinin yay imtahan sessiyasının gedişi ilə tanış olub
  • Bu gün, 14:56
    Qarabağ və Şərqi Zəngəzurdakı layihələr Azərbaycanın iqtisadi gücünü əks etdirir - RƏY
  • Bu gün, 14:53
    Azərbaycan və Belarus arasında hərbi obyektlərin mühafizəsi müzakirə olunub
  • Dünən, 14:07
    “Vətənpərvərlər Maarifləndirmə” İB-yi 18 iyunda Milli Qəhraman Mübariz İbrahimovun anım gününə həsr olunmuş tədbir keçirib
  • Dünən, 09:53
    Azərbaycan Misirlə qarşılıqlı biznes platforma formalaşdırmağı müzakirə edib
  • Dünən, 09:52
    Rəhman Hümmətov: "Orta dəhliz infrastrukturunun prioritet şəkildə inkişafı zəruridir"
  • Dünən, 09:52
    Xankəndi şəhərinə daha 18 ailə yola salınıb
  • Dünən, 09:51
    Azərbaycan və İtaliya arasında mədəni əməkdaşlığın yeni istiqamətləri müzakirə olunub
  • Dünən, 09:50
    Həftəsonu 365 nəfər təkrar imtahan verəcək
  • Dünən, 09:49
    Vüsal Hüseynov vətəndaş qəbulu keçirəcək
  • Dünən, 09:48
    İran XİN İordan çayının Qərb sahilində baş verənləri pisləyib
  • 18-06-2026, 23:16
    Elşad Hacıyev: DİN-ə gün ərzində daxil olan müraciətlərin çoxu sosial media ilə əlaqədardır
  • 18-06-2026, 18:39
    “TABIA Group” və “FlyKhiva” arasında əməkdaşlıq memorandumu imzalandı
  • 18-06-2026, 18:24
    Sultan Hacıyev keniyalı nazirlə görüşdü
  • 18-06-2026, 18:19
    İlham Əliyev Bakıda açılış mərasimində
  • 18-06-2026, 16:01
    İlham Əliyev Bakıda İslam İnkişaf Bankı Qrupunun illik toplantılarının açılış mərasimində iştirak edib
  • 18-06-2026, 14:47
    İlham Əliyev İslam İnkişaf Bankı Qrupunun sədrinə "Dostluq" ordenini təqdim edib
  • 18-06-2026, 14:46
    İlham Əliyev: Ermənistan 90-cı illərdə urbisid yaratmışdı, lakin onlara qarşı heç bir sanksiya tətbiq olunmadı
  • 18-06-2026, 10:16
    İlham Əliyev: Azərbaycanın sabit, uğurlu inkişafı var
  • 18-06-2026, 10:13
    İlham Əliyev: Dünya ölkələrinin əksəriyyətinin dəstəyi Azərbaycanın nailiyyətlərinə əsaslanır
  • 18-06-2026, 10:12
    Prezident: Azərbaycan vasitəsilə daşınan yüklərin həcmini iki dəfə artırmaq istəyirik
  • 18-06-2026, 10:11
    Azərbaycan İraqla monetar siyasətin təkmilləşdirilməsini müzakirə edib
  • 18-06-2026, 10:07
    İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilir
  • 17-06-2026, 18:42
    Vətənə sədaqətin və xeyirxahlığın nümunəsi-Vətənpərvər iş adamı Üzeyir İsmayılov
  • 17-06-2026, 11:16
    Mikayıl Cabbarov: "Azərbaycan biznes və investisiya üçün etibarlı məkandır"
  • 17-06-2026, 10:40
    İlham Əliyev ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvünü qəbul edib
  • 17-06-2026, 10:38
    Əli Əsədov: Azərbaycan investisiya dialoqu üçün öz beynəlxalq platformasını yaradıb
  • 17-06-2026, 10:36
    Baş nazir Əli Əsədova "Bright Uzbekistan" layihəsi təqdim olunub
  • 16-06-2026, 16:02
    Vətəndaşların qanunvericilik təşəbbüsü hüququndan istifadə qaydası elektronlaşdırılır
  • 16-06-2026, 12:41
    Fərhan Əliyev – Peşəkarlıq, məsuliyyət və inkişaf yolunun uğurlu rəhbəri
  • 16-06-2026, 10:31
    Azərbaycan 16 ildən sonra yenidən IsDB Qrupunun əsas beynəlxalq tədbirinə ev sahibliyi edir
  • 16-06-2026, 10:26
    Anar Kərimov: "Son 5 ildə gənclərin təhsilinə 2 milyard dollar pul ayrılıb"
  • 16-06-2026, 10:24
    Azərbaycanda Məhərrəm ayı başlayıb
  • 15-06-2026, 14:21
    Ərdoğan Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik edib
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Amil Əliyev
  • Tel: (+99450) 227 24 22
  • Ana səhifə
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Sosial
  • Dünya
  • İdman
  • Mədəniyyət
  • Bölgə
  • Müsahibə
  • Texnologiya
Müəllif hüquqları qorunur. Memur.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Yükləmə gedir gözləyin...