Gürcüstan Prezidentinin ilk xarici səfərini Azərbaycana etməsi iki ölkə arasında strateji tərəfdaşlığın təsdiqidir - RƏY
siyaset
17-04-2025, 10:09
7

Bunu “Report”un Gürcüstan bürosuna açıqlamasında ölkə parlamentinin Regional siyasət və özünüidarəetmə komitəsinin sədri İrakli Kadaqişvili bildirib.
Komitə sədri qeyd edib ki, Gürcüstan və Azərbaycan arasında uzun illərdən bəri formalaşmış möhkəm münasibətlər var və bu əlaqələr regionda sabitliyin əsas dayaqlarından birinə çevrilib:
“Yeni seçilmiş Prezidentin ilk xarici səfəri ənənəvi tərəfdaş olan Azərbaycana olub. Bu, Gürcüstan-Azərbaycan münasibətlərinə verilən önəmin və iki ölkənin gələcək əməkdaşlıq niyyətinin açıq mesajıdır”.Onun sözlərinə görə, səfər çərçivəsində müzakirə olunan məsələlər təkcə ikitərəfli deyil, həm də regional əhəmiyyət daşıyır:
“Cənubi Qafqazda sülhün, sabitliyin və davamlı inkişafın təmin olunmasında Gürcüstan və Azərbaycanın rolu əvəzsizdir. Bu səfər həmin əməkdaşlığın daha da dərinləşməsinə xidmət edəcək”.
İrakli Kadaqişvili əlavə edib ki, Gürcüstan hər zaman Azərbaycanla strateji tərəfdaşlığı qoruyub saxlayacaq və bu əlaqələr gələcəkdə daha da güclənəcək.