Tramp: ABŞ Rusiya və Ukrayna ilə əlaqələr qurmağı planlaşdırır » Memur.az

Tramp: ABŞ Rusiya və Ukrayna ilə əlaqələr qurmağı planlaşdırır

Tramp: ABŞ Rusiya və Ukrayna ilə əlaqələr qurmağı planlaşdırırABŞ hökuməti Rusiya və Ukrayna ilə görüşlər, təmaslar planlaşdırıb.

"Report"un xarici KİV-ə istinadən verdiyi məlumata görə, bunu ABŞ Prezidenti Donald Tramp Vaşinqton yaxınlığındakı Endryus Hərbi Hava Qüvvələri bazasında bəyan edib.

"Biz çox gərgin həftəsonu keçirdik. Biz İsraillə məşğul oluruq. Ukrayna və Rusiya ilə məşğuluq. Ukrayna və Rusiya da daxil olmaqla, müxtəlif tərəflərlə görüşlərimiz və danışıqlarımız planlaşdırılır. Məncə, bu müzakirələr kifayət qədər yaxşı gedir", - o deyib.