Qazaxıstanda Tokayev və Şoltsun mətbuat konfransı ləğv edilib
siyaset
17-09-2024, 09:18
91

“Report” xəbər verir ki, bu barədə Almaniyanın DPA agentliyi məlumat yayıb.
Buna baxmayaraq, Şolts Tokayevlə görüşdən sonra jurnalistlərlə danışıb: “Hər halda bütün dünyada jurnalistlər üçün yaxşı iş şəraitinin olmasını istərdim. Odur ki, mən bu işdə kiçik bir töhfə vermək üçün burada sizin qarşınızda dayanıram”.
Qeyd edək ki, liderlər Astanada iki ölkə arasında enerji, ticarət və investisiya sahələrində qarşılıqlı əlaqələrin gücləndirilməsini müzakirə ediblər. Eyni zamanda ölkələr arasında ikitərəfli əməkdaşlığın möhkəmləndirilməsinə yönəlmiş bir sıra sənədlər imzalanıb.