Türkiyənin daimi nümayəndəliyi: BMT-nin heç vaxt olmadığı qədər islahata ehtiyacı var
siyaset
25-06-2024, 09:26
21
![Türkiyənin daimi nümayəndəliyi: BMT-nin heç vaxt olmadığı qədər islahata ehtiyacı var Türkiyənin daimi nümayəndəliyi: BMT-nin heç vaxt olmadığı qədər islahata ehtiyacı var](/uploads/posts/2024-06/thumbs/1719293263_1.jpg)
"Report" xəbər verir ki, bu barədə Türkiyənin BMT-dəki daimi nümayəndəliyindən TASS-ın sorğusuna cavab olaraq bildirilib.
“Türkiyə 21-ci əsrin mürəkkəb problemlərini həll etməyə qadir olan daha təsirli və aktual bir BMT görmək istəyir, xüsusən də beynəlxalq sistemin son illərdə yaşadığı misli görünməmiş böhranlar fonunda bu, hər zamankıda daha zəruridir”, – diplomatik missiyanın cavabında qeyd olunub.
"İslahat BMT-nin sülh və təhlükəsizlik məsələlərini həll edən əsas orqanı olan Təhlükəsizlik Şurasından başlamalıdır. Prezident Tayyib Ərdoğan həmişə bu mövzuda çıxış edərək sülhün beşdən (BMT TŞ-nin daimi üzvləri - red.) daha çox olduğunu vurğulayır", – agentliyə bildirilib.