Səfir: Belçika Azərbaycana Qarabağın minalardan təmizlənməsində yardım edir - MÜSAHİBƏ
siyaset
31-05-2024, 15:21
86
Azərbaycan ilə Belçika arasında diplomatik əlaqələr 1992-ci il iyunun 17-də qurulub. 1995-ci ildə Belçikada Azərbaycan səfirliyi açılıb. Bu gün ölkələr arasında ticarət-iqtisadi, təhsil sahələrində fəal əməkdaşlıq qurulub, həmçinin enerji sektorunda, xüsusilə də bərpa olunan enerji mənbələri (BOEM) sahəsində əməkdaşlığın gücləndirilməsi üçün imkanlar mövcuddur.
“Report” bu yay ölkəmizdəki diplomatik fəaliyyətini başa vuracaq Belçikanın Azərbaycandakı səfiri Mişel Petersmansın müsahibəsini təqdim edir.
- Bu yay ölkəmizdəki diplomatik fəaliyyətinizi başa vurursunuz, Azərbaycanla bağlı ən çox nəyi xatırlayacaqsınız?
- Cənubi Qafqaz regionu həmişə diqqətimi cəlb edib. Bakı şəhərinin gözəlliyini bura gəlməmişdən çox əvvəl eşitmişdim. Bakı müxtəlif üslublarda təqdim olunan böyük memarlıq sərvətinə malikdir.
İçərişəhər, tikintisinin şəhərin neft sənayesi ilə bağlı inkişafıyla müşayiət olunduğu XIX-XX əsrlərin binaları bir-biri ilə ahəngdar şəkildə mövcuddur. Böyük məmnuniyyətlə ziyarət etdiyim Bakı xeyriyyəçisi Hacı Zeynalabdin Tağıyevin ev-muzeyini xüsusilə qeyd etmək istərdim.
Bakı həm də modern üslubunda əldə etdiyi nailiyyətləri ilə tanınır. Burada Bakının görkəmini dəyişdirən müasir memarların təsirini xüsusi qeyd etməliyik. Bu mənada Heydər Əliyev Mərkəzi və “Alov qüllələri” kompleksi xüsusilə fərqlənir.
Ənənəvi Azərbaycan musiqisini də qeyd etmək istərdim. Musiqinizin dərinliyini ilk dəfə 2017-ci ildə - Astanada keçirilən beynəlxalq sərgi zamanı kəşf etmişdim. Bakı həm də caz klubları və festivalları ilə musiqi reputasiyasına malikdir. Bundan əlavə, XX əsrin Azərbaycan bəstəkarları həqiqətən də Belçika və Avropa ictimaiyyətinin daha çox diqqətinə layiqdirlər.
Opera bəstəkarı kimi, şübhəsiz ki, ən məşhuru Üzeyir Hacıbəylidir. Onun müxtəlif təsirləri ahəngdar şəkildə özündə birləşdirən üslubundan ilhamlanmamaq mümkün deyil. “Leyli və Məcnun” əsərindən ilhamlanan kukla teatrı tamaşasını hələ də xatırlayıram.
Özlərindən sonra gözəl instrumental irs qoyan Fikrət Əmirov və Qara Qarayevi də qeyd etmək istərdim.
Azərbaycan həm də rəssamları və yazıçıları ilə məşhurdur. Müxtəlif sahələrdən olan yaradıcı şəxslərlə görüşmək və onlarla dostluq əlaqələri qurmaq mənim üçün əsl zövq və şərəf idi.Ümumiyyətlə, Bakı çoxlu restoranları olan canlı şəhərdir. Belçikalılar kimi azərbaycanlılar da rahat məkanlarda vaxt keçirməyi və dadlı yeməklərdən həzz almağı sevirlər.
Yüksək beynəlxalq aktivliyə malik şəhər olan Brüsseldə çoxlu kulinariya nümunələri tapmaq mümkün olsa da, Azərbaycan və Gürcüstan mətbəxləri (mən həm də Gürcüstanda akkreditasiya olunmuşam) hələ geniş şəkildə təmsil olunmur. Mənim üçün bu, yeni kulinariya üfüqlərini kəşf etmək fürsəti oldu.
- Diplomatik fəaliyyətiniz dövründə ölkələrimiz arasında ikitərəfli münasibətlərin necə inkişaf etdiyi barədə ətraflı məlumat verə bilərsinizmi?
- Siyasi səviyyədə liderlərimiz və administrasiyalarımız arasında dialoq son üç il ərzində, hətta COVID-19 pandemiyası səbəbindən birbaşa təmasların azaldığı dövrdə də davam edib.
Məsələn, 2021-ci il sentyabrın 8-də Vyanada Belçika Palatasının və Senatının sədrləri Elian Tilye və Stefani D'Oze azərbaycanlı həmkarı Sahibə Qafarova ilə görüşüblər.
İki ildən bir ikitərəfli siyasi məsləhətləşmələr keçirilir. 2022-ci ilin aprelində onlar Brüsseldə o vaxt Azərbaycan xarici işlər nazirinin müavini vəzifəsində çalışan Xələf Xələfovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə Belçika Xarici İşlər Nazirliyinin ikitərəfli əlaqələr üzrə baş direktoru Yerun Koreman arasında baş tutub. Növbəti görüşün bu ilin ikinci yarısında Bakıda olacağı gözlənilir.
2022-ci il sentyabrın 23-də BMT Baş Assambleyası çərçivəsində iki ölkənin xarici işlər nazirləri – Haca Labib və Ceyhun Bayramov arasında ikitərəfli danışıqlar aparılıb. 2023-cü il avqustun 24-25-də Belçikanın xarici işlər naziri Haca Labib Bakıda rəsmi səfərdə olub. Bu, müxtəlif həmsöhbətlərlə, o cümlədən xarici işlər naziri Ceyhun Bayramov, parlamentin sədri Sahibə Qafarova və Azərbaycanın dini liderləri ilə geniş mövzuları müzakirə etmək imkanı verib. Bu, münasibətlərimizdə kulminasiya anı idi, çünki Belçikanın xarici işlər nazirinin əvvəlki səfəri 2015-ci ilə təsadüf edirdi.
Son görüşdə müzakirə edilən məsələlərdən biri də Azərbaycanın 2020-ci ildə nəzarəti bərpa etdiyi ərazilərdəki mina problemi olub. Aydındır ki, minalarla çirklənmə insanların əvvəllər işğal olunmuş ərazilərə qayıtmasına və onların tədricən əvvəlki normal həyatının bərpasına əngəl törədir. Nazir Labib Belçikanın minaların qadağan edilməsi ilə bağlı beynəlxalq öhdəliklərin öndəgedən ölkələrdən biri olaraq bu problemin həllinə mümkün töhfəsini nəzərdən keçirməyə hazır olduğunu bildirib.
Qeyd edim ki, Belçika hökuməti piyada əleyhinə minaların hərtərəfli qadağan edilməsinə dair beynəlxalq konfransa ev sahibliyi edib. Bu münasibətlə qəbul edilmiş Brüssel Bəyannaməsi 1997-ci ilin sentyabrında Ottavada Piyada əleyhinə minaların istifadəsi, ehtiyatının yığılması, istehsalı və ötürülməsinin qadağan edilməsi və onların məhv edilməsi haqqında Konvensiyanın imzalanmasına səbəb olub.
XİN başçısı Labibin Bakıda verdiyi bəyanatlar bu yaxınlarda reallığa çevrilib.Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMT İP) layihəsinin həyata keçirilməsi üçün MAG (Mines Advisory Group) ilə birgə Ağdam və Tərtərdə fəaliyyət göstərən Belçika QHT-si APOPO (Anti-Persoonsmijnen Ontmijnende Product Ontwikkeling, tərcümədə “piyada əleyhinə mina aşkarlama məhsullarının hazırlanması” deməkdir) 250 min avro məbləğində ianə ayırıb.
APOPO torpağın dezinfeksiyasını sürətləndirəcək innovativ iş üsullarını təmin etmək məqsədi ilə tərəfdaşları tərəfindən layihəyə inteqrasiya edilib. Layihəni 20 nəfərlik komanda 20 istehkamçı və digər heyvanlarla birlikdə həyata keçirir.
Qrant APOPO-ya bu il piyada əleyhinə minalarla çirklənmiş azı 1 130 000 kvadratmetr ərazidə iş görmək, minaları tapmaq, təmizləmək və ərazinin təhlükəsizliyini təmin etmək üçün fəaliyyətini davam etdirməyə imkan verəcək.
Belçikanın töhfəsi daha geniş “European Team” Avropa təşəbbüsünün bir hissəsidir. Aİ ölkələri birlikdə Azərbaycanın minalardan təmizlənməsi üzrə ən böyük beynəlxalq donor olaraq ölkənin əvvəllər işğal olunmuş ərazilərində humanitar minatəmizləmənin dəstəklənməsi üçün 2020-ci ildən bəri təxminən 10 milyon avro qrant yardımı təqdim edib. Aİ-nin dəstəyinin bu il təqribən 13 milyon avro olacağı və növbəti illərdə bu məqsədlə əlavə vəsaitin ayrılacağı gözlənilir.
Mədəni və şəxsiyyətlərarası münasibətlər də böyük əhəmiyyət kəsb edir. 2022 və 2023-cü illərdə səfirlik iki çox fərqli Belçika duetinin konsertlərini təşkil edib: “Schntzl” (musiqisi cazdan ilhamlanıb, lakin həm də klassik musiqi, elektron musiqi, minimalizmdən təsirlənib) və “Laterna Magica” (Barok fleytası). Fleyta ifaçıları Azərbaycan Milli Konservatoriyasında və Bakı Musiqi Akademiyasında ustad dərsləri keçiriblər.
Düzünü desəm, bu mənim işimin ən sevimli hissəsidir: insanları mədəniyyət vasitəsilə birləşdirmək. Xoşbəxtlikdən bu mədəni əlaqələr təkcə səfirlik fəaliyyəti ilə məhdudlaşmır və ümid edirəm ki, mübadilələr fərdi təşəbbüslər vasitəsilə də həyata keçirilə bilər.
Bakıdakı səfirlik viza verməsə də, biz öz səlahiyyətimiz daxilində Belçikada təhsil almaq istəyən azərbaycanlı gənclər üçün prosedurları asanlaşdırmaq istəyirik. Biz həm də keçmiş tələbələrlə də əlaqə saxlamağa çalışırıq. Ümid edirəm ki, Azərbaycandan ayrılmadan onları iqamətgahda qəbula dəvət edə biləcəyəm.
Azərbaycanın Brüsseldəki səfirliyi də ikitərəfli münasibətlərimizin inkişafında mühüm rol oynayır. Mayın sonunda Brüsseldə AZPROMO və regional ixracın təşviqi agentlikləri ilə əməkdaşlıq çərçivəsində Belçika və Azərbaycan şirkətləri arasında şəbəkələşmə tədbiri təşkil olunub. Qətiyyəti və dinamizmi hamıya məlum olan səfir Vaqif Sadıqovla da daimi əlaqə saxlayıram.
- Növbəti illərdə Belçika ilə Azərbaycan arasında əməkdaşlığın inkişaf perspektivlərini necə görürsünüz?
- Yaxın gələcəkdə, təbii ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq məsələsi üstünlük təşkil edəcək. Bu tədbir Azərbaycanla iqlim dəyişikliyi ilə mübarizə üzrə konfransda iştirak edən bütün ölkələr arasında siyasi münasibətlərə təkan verəcək. Ona görə də bu, Azərbaycan diplomatiyası üçün əla məqam olacaq. Bu, eyni zamanda, Azərbaycanın beynəlxalq şirkətlərə özünü göstərmək imkanıdır ki, onlar da təbii ki, Bakıda geniş şəkildə təmsil olunacaqlar.
Bu mənada Tərəflərin Konfransı nəinki iqlim məqsədlərinə nail olmaq istiqamətində atılan addım, həm də qalıq yanacaqlardan asılılığın azaldılması və iqtisadiyyatının strukturunun şaxələndirilməsi prosesi ilə ciddi məşğul olan Azərbaycan üçün vitrin olacaq.
Əlbəttə, yerli, hətta Avropa bazarı ilə məhdudlaşmamaq Belçika şirkətlərinin maraqlarına uyğundur. Şərtlər imkanı daxilində onlar Azərbaycan daxil olmaqla bütün dünyda müqavilələr imzalamağa çalışır, yeni istiqamətlər axtarırlar.
Belçikanın sənaye zənciri çox rəngarəngdir - şirkətlərinin əksəriyyəti yenilikçi və yüksək rəqabət qabiliyyətli kiçik və orta müəssisələrdir. Ölkəmin hakimiyyət orqanları enerji və hidrogen keçidi, aerokosmik sənaye, bioəczaçılıq və həyat elmləri, nüvə təbabəti, nəqliyyat və logistika, eləcə də rəqəmsal sənayenin (mikroelektronika/süni intellekt/rəqəmsallaşdırma) inkişafını prioritet sahələr kimi müəyyən ediblər.Xarici ticarətə cavabdeh olan Belçikanın dövlət qurumları, təbii ki, bölgədə baş verənləri diqqətlə izləyirlər. Ofisləri İstanbulda yerləşən üç satış nümayəndəsindən biri artıq may ayında Bakıda olub, digəri isə iyunda gələcək.
Ölkənizdə ixrac və investisiya üçün normativ-hüquqi bazanın şirkətlərə maksimum təminat verməsi də olduqca vacibdir. Bu, xüsusilə kiçik və orta müəssisələr üçün vacibdir. Avropa İttifaqı ilə Azərbaycan arasında üzərində bir neçə ildir danışıqlar aparılan çərçivə sazişinin imzalanması bu baxımdan Avropa şirkətləri üçün çox müsbət siqnal olardı.
Regionun bütün ölkələri kimi, Azərbaycan üçün də su ehtiyatlarının idarə edilməsi və bu sahədə beynəlxalq əməkdaşlıq ciddi problem yaradır. Müxtəlif Belçika şirkətlərinin təcrübəsi və “nou-hau”ları var. Etdiyimiz investisiyalar sayəsində Belçika çaylarında suyun keyfiyyəti əhəmiyyətli dərəcədə yaxşılaşıb. Məsələn, belçikalı ekspertlər Bakı limanının karbon neytrallığına doğru irəliləməsinə imkan yaratmaq üçün təcrübələrini bölüşüblər.
- Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesində son addımları necə qiymətləndirirsiniz?
- Səfir kimi fəaliyyətə İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra başlamışam və buna görə də Avropa İttifaqının, xüsusən də Avropa Şurasının prezidenti Şarl Mişelin beynəlxalq hüququn prinsiplərinə uyğun olaraq ədalətli və davamlı sülhə doğru irəliləmə məqsədilə tərəfləri bir araya gətirmək üçün göstərdiyi səyləri qiymətləndirə bildim.
Bu mövqeyi Belçikanın xarici işlər naziri Haca Labib də 2023-cü ilin avqustunda Bakıya səfəri zamanı təsdiqləyib. Son həftələr Azərbaycan və Ermənistan arasında ikitərəfli dialoqda müəyyən irəliləyiş əldə olunduğunu qeyd edirik və bunu alqışlayırıq.
Ümid edirik ki, bu proses tezliklə başa çatacaq və region ölkələri beynəlxalq kommunikasiyalar və enerji daşıyıcılarının nəqli marşrutlarını təkmilləşdirmək də daxil olmaqla, birgə işləmək imkanı əldə edəcəklər. Bu, hamının, xüsusən də Cənubi Qafqazın üç ölkəsinin maraqlarına uyğundur. Regionda sülhü təmin edən struktur iqtisadi inkişafı, iş yerlərinin yaradılmasını təşviq edəcək və beynəlxalq investorları cəlb edəcək.- Ölkənizin yüksək vəzifəli şəxsləri COP29-da iştirak etməyi planlaşdırırmı? Belçikanın COP29-da iştirakı barədə bizə məlumat verə bilərsinizmi?
- Belçikanın rəsmi nümayəndə heyəti təxminən altmış nəfərdən ibarət olmalıdır. Belçika qanunvericiliyinə uyğun olaraq səlahiyyətlər federal və regional səviyyələr (siyasi nümayəndələr və dövlət qulluqçuları) arasında bölünür. Parlamentarilər və biznes qurumları, həmçinin ənənəvi olaraq öz fikirlərini bildirmək üçün Tərəflərin Konfransında iştirak edən QHT-lər də təmsil olunacaqlar.
İyunun 9-da Avropa Parlamentinə seçkilərlə eyni vaxtda Belçikada da federal və regional seçkilər keçiriləcəyindən ölkəmizin hökumət səviyyəsində təmsil olunması ilə bağlı qərar hələ verilməyib, lakin tədbirin əhəmiyyətini nəzərə alaraq ölkəmin yüksək səviyyədə təmsil olunacağını deyə bilərəm.
Belçika hökumətinin diqqətini cəlb edən məsələlərdən biri də xüsusilə də ən həssas ölkələr üçün Milli Müəyyən edilmiş Töhfələr (NDCs) çərçivəsində ədalətli keçidin inteqrasiyasıdır. Belçika Dünya Bankının dəstəyi ilə yaradılmış İqlim Dəyişikliyi üzrə Maliyyə Nazirləri Koalisiyasının üzvüdür.
Koalisiya ölkələrinin maliyyə nazirləri bir tərəfdən iqtisadi və vergi-büdcə siyasəti və təcrübəsi arasında uyğunluğu təmin etmək, digər tərəfdən isə Paris sazişinin öhdəliklərini yerinə yetirmək üçün Helsinki prinsiplərini dəstəkləmək üzrə üzərilərinə siyasi öhdəliklər götürüblər.
Konkret planlar haqqında danışmaq hələ tezdir, lakin Tərəflərin Konfransı üçün tədbirlərin təşkili nəzərdən keçirilir. Belçika Konfrans müddətində niderlandlı və lüksemburqlu tərəfdaşlar ilə birlikdə Benilüks pavilyonunda yerləşəcək.
Fürsətdən istifadə edərək onu da xatırlatmaq istərdim ki, Belçika nümayəndələri mayın 22-də ADA Universitetində keçirilmiş “COP 29: İqlim fəaliyyətləri üzrə imkanlar və çağırışlar. Avropa və regional perspektivlər” adlı tədbirdə iştirak ediblər.