Muxtar Babayev Ümumdünya İqlim Fondunun rəhbəri ilə COP29-a hazırlığı müzakirə edib
siyaset
7-03-2024, 12:04
182

Bu barədə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, görüşdə bu il Azərbaycanın ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq prosesi müzakirə edilib və gələcək əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.