• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ana səhifə
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Sosial
  • Dünya
  • İdman
  • Mədəniyyət
  • Bölgə
  • Müsahibə
  • Texnologiya
  • Ana səhifə
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Sosial
  • Dünya
  • İdman
  • Mədəniyyət
  • Bölgə
  • Müsahibə
  • Texnologiya

Nyu-Yorkda Müstəqillik Günü münasibətilə Azərbaycan bayrağı qaldırılıb – YENİLƏNİB

Siyasət

22-05-2023, 10:06

Nyu-Yorkda Müstəqillik Günü münasibətilə Azərbaycan bayrağı qaldırılıb – YENİLƏNİBABŞ-ın Nyu-York şəhərində 28 May – Müstəqillik Günü münasibətilə Azərbaycanın dövlət bayrağı qaldırılıb.

“Report”un ABŞ bürosu xəbər verir ki, üçrəngli, ay-ulduzlu bayrağımız Nyu-York şəhərinin simvolu və maliyyə mərkəzi hesab olunan, turistlərin ən çox ziyarət etdiyi küçələrdən birində - “Wall Street”də yerləşən “Bowling Green” parkında nəhəng bayraq dirəyindən asılıb.

Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin təşəbbüsü və dəstəyi, Amerika Azərbaycanlıları Cəmiyyətinin təşkilatçılığı və Nyu-York şəhər meriyasının dəstəyi ilə keçirilən mərasimdə ölkəmizin BMT yanında daimi nümayəndəsi Yaşar Əliyev, xarici işlər nazirinin müavini Elnur Məmmədov, İtaliyanın Nyu-Yorkdakı konsulunun müavini Rikardo Kursi, Nyu-York şəhər meriyasının rəsmiləri, BMT yanında Daimi Nümayəndəlikdə fəaliyyət göstərən diplomatlar və Azərbaycan diasporunun fəalları iştirak ediblər.

Mərasimdə çıxış edən Amerika-Azərbaycan Cəmiyyətinin sədri Tomris Azəri qonaqlara ölkəmizin tarixinin ən şanlı və parlaq səhifələrdən biri olan 28 May – Müstəqillik Günü barəsində ətraflı məlumat verib. Bildirib ki, azadlığı və istiqlaliyyəti uğrunda tarix boyu mübarizə aparan Azərbaycan xalqı 28 may 1918-ci ildə Şərqin ilk demokratik, hüquqi, dünyəvi və parlamentli respublikasını yaradıb: "Ulu Öndər Heydər Əliyev yenidən Azərbaycanı bizə geri verdi və onun möhkəm təməllər üzərində qurduğu müstəqillik əbədi və dönməz oldu. Bu il Heydər Əliyevin 100 illik yubileyini ona olan böyük minnətdarlıq hissi ilə qeyd edirik. Heydər Əliyevin şah əsəri olan müstəqil Azərbaycanın taleyi etibarlı əllərdədir".

Mərasimdə çıxış edən xarici işlər nazirinin müavini Elnur Məmmədov diqqətə çatdırıb ki, 28 May -Müstəqillik Günü şanlı tariximizə qızıl hərflərlə həkk olunub və bu gün hər bir Azərbaycan vətəndaşının qürur mənbəyidir: “Şərqdə ilk dəfə azad, demokratik, dünyəvi dəyərlərə söykənən müstəqil Azərbaycan Xalq Cümhuriyyətinin qurulması XX əsrdə xalqımızın həyatında yeni bir tarixi mərhələnin başlanğıcı olub. Ulu Öndərin imzası ilə xalqımız 70 il sonra yenidən öz müstəqilliyini bərpa etdi. Belə ki, Azərbaycan Xalq Cümhuriyyətinin siyasi varisi olan çağdaş Azərbaycanın qurucusu Ümummilli Lider Heydər Əliyev tərəfindən tarixin ən çətin dövrlərində yenidən quruldu.

Bu gün, Heydər Əliyevin şah əsəri olan müstəqil Azərbaycanın taleyi etibarlı əllərdədir və qurulan möhkəm təməl, aparılan uğurlu siyasət müstəqilliyimizin sarsılmazlığına tam təminat verir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə respublikamızda həyata keçirilən demokratik, dünyəvi, hüquqi dövlət quruculuğu prosesi müstəqilliyimizin bəhrəsidir”.

Tədbirdə çıxış edən Nyu-York şəhər meriyasının protokol xidmətinin rəhbəri Rəna Abbasova da, 28 May - Müstəqillik Günü münasibəti ilə dünya azərbaycanlılarını təbrik edib. O, dünyanın harasında yaşamağından asılı olmayaraq bütün azərbaycanlıların hər zaman birlikdə olmasının vacibliyinə diqqət çəkib.

Üçrəngli bayrağımız dövlət himnimizin sədaları altında Nyu-York səmasına qaldırılıb, Azərbaycanın və ABŞ bayraqları səmada birlikdə dalğalanıb.
Mərasim Nyu-Yorkun yerli mediasında canlı yayımlanıb. Ərazini ziyarət edən turistlər bayrağımızın fonunda şəkil çəkdiriblər.

Qeyd edək ki, Nyu-York şəhərinin ilk rəsmi parkı olan və nəhəng bayraq meydanı kimi tanınan “Bowling Green” bu gündən etibarən 10 gün müddətində Azərbaycan bayrağına ev sahibliyi edəcək.

Paylaş:
Digər xəbərlər
Hadisə
DSX: Ötən ay dövlət sərhədini pоzduqlarına görə 13 əcnəbi saxlanılıb
Naxçıvanda 66 yaşlı kişi ocağa yıxılaraq ölüb
Rusiya Xarkov və Sumıya hücum edib, ölən və yaralananlar var
Hacıqabulda ağır yol qəzası baş verib, ölən var
Biləsuvarda qadının boğularaq öldürülmə ehtimalı ilə əlaqdar araşdırma aparılır
Yaponiya sahillərində güclü zəlzələ baş verib
Cəmiyyət
Dünən, 16:19
"Sulutəpə" dairəsi istiqamətində təmirlə əlaqədar bir sıra yollarda nəqliyyatın sıxlığını yaranıb
5-02-2026, 10:19
Azərbaycanda Qoşulmama Hərəkatının Gənclər Həftəsinə start verilib
3-02-2026, 14:29
Növbəti üç gündə intensiv yağış və qar yağacaq - XƏBƏRDARLIQ
3-02-2026, 14:20
Brusellyoz xəstəliyinə görə seroloji monitorinqlər keçiriləcək
18-12-2025, 10:37
Dövlət Xidmətində qanvermə aksiyası keçirilib
17-12-2025, 13:45
Azərbaycanda quşçuluq və arıçılıq təsərrüfatları ilə bağlı yeni sığorta məhsulları təqdim olunacaq
Son xəbərlər
  • Dünən, 16:19
    "Sulutəpə" dairəsi istiqamətində təmirlə əlaqədar bir sıra yollarda nəqliyyatın sıxlığını yaranıb
  • Dünən, 16:17
    Əraqçi: İran əvvəlki müharibə və danışıqlardan dərs çıxarıb
  • Dünən, 16:14
    Leyla Əliyeva və Alena Əliyeva Gəncə Memorial Kompleksini və Milli Qəhrəman Natiq Qasımovun ailəsini ziyarət ediblər
  • Dünən, 16:12
    Leyla Əliyeva və Alena Əliyeva Gəncədə uşaq evində olublar
  • Dünən, 16:10
    Leyla Əliyeva və Alena Əliyeva Gəncədə qadın sahibkarın sağlam qida brendi ilə tanış olublar
  • Dünən, 16:07
    Azərbaycan səfiri etimadnaməsini İraq Prezidentinə təqdim edib
  • 7-02-2026, 17:08
    General Zakir Nəsirovun polkovnik oğlu kimdir və harda işləyir?
  • 7-02-2026, 15:04
    Azərbaycanda yeni nəsil kassa aparatları ilə dövriyyə 13 %-dən çox artıb
  • 7-02-2026, 15:02
    Biləsuvarda Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsi anılıb
  • 7-02-2026, 15:00
    İran XİN başçısı: Raket proqramımız müzakirə olunmayacaq
  • 7-02-2026, 14:57
    Azərbaycan və Pakistan XİN başçıları İslamabaddakı partlayışdan sonrakı vəziyyəti müzakirə ediblər
  • 7-02-2026, 14:55
    AAYDA-nin yeni sədri kollektivə təqdim edilib
  • 7-02-2026, 14:53
    Bakıda 5-ci "Avropa Bilik Yarışı" keçirilib – ƏLAVƏ OLUNUB
  • 5-02-2026, 14:50
    Kahramanmaraşın "Azərbaycan" məhəlləsində mədəniyyət mərkəzinin tikintisi bir ilə tamamlanacaq
  • 5-02-2026, 14:50
    ABŞ və Özbəkistan arasında əməkdaşlıq memorandumu imzalanıb
  • 5-02-2026, 14:48
    Nazir müavini: Azərbaycandan son illərdə hüquq təhsili üçün xaricə gedənlərin olduğu müşahidə edilir
  • 5-02-2026, 14:48
    Nazir: Azərbaycan regionda mühüm logistika mərkəzi kimi mövqeyini möhkəmləndirir
  • 5-02-2026, 14:47
    Azərbaycanın Avropa ölkələri ilə miqrasiya sahəsində əməkdaşlığı müzakirə olunub
  • 5-02-2026, 11:03
    Azərbaycan 30-dan artıq ölkədə turizm imkanlarını təqdim edəcək
  • 5-02-2026, 11:02
    Yalçın Rəfiyev: Dialoq və diplomatiya vasitəsilə hətta ən mürəkkəb məsələləri həll etmək mümkündür
  • 5-02-2026, 10:23
    Prezident "Zayed İnsan Qardaşlığı Mükafatı"nın təqdimolunma mərasimindən video paylaşıb
  • 5-02-2026, 10:21
    Emin Əmrullayev Gürcüstan, Serbiya və BƏƏ-dən olan həmkarları ilə əməkdaşlığı müzakirə edib
  • 5-02-2026, 10:20
    Azərbaycanda bəzi bölgələrə yağış, əksər ərazilərə isə qar yağıb
  • 5-02-2026, 10:19
    Azərbaycanda Qoşulmama Hərəkatının Gənclər Həftəsinə start verilib
  • 5-02-2026, 10:18
    Səyyar ASAN xidmət Ağdaşda fəaliyyətə başlayıb
  • 5-02-2026, 10:17
    İran ABŞ ilə danışıqların ləğv olunduğuna dair xəbərləri təkzib edib
  • 5-02-2026, 10:17
    Ukrayna Azərbaycanın energetika sahəsində dəstəyini yüksək qiymətləndirib
  • 5-02-2026, 10:16
    BMT rəsmisi: Azərbaycanın mədəniyyətlər və dinlərarası dialoqa diqqət ayırması əhəmiyyətlidir
  • 5-02-2026, 10:15
    Azərbaycan və BƏƏ XİN rəhbərləri Əbu-Dabidə strateji tərəfdaşlığı müzakirə ediblər
  • 5-02-2026, 10:15
    Heydər Əliyev Mərkəzində "Vəhşi təbiətin super qəhrəmanları" adlı sərgi açılıb
  • 5-02-2026, 10:14
    Şri-Lanka göstərdiyi humanitar yardıma görə Azərbaycana minnətdarlıq edib
  • 3-02-2026, 14:42
    İlham Əliyevin Əbu-Dabidə Müsəlman Ağsaqqalları Şurasının baş katibi ilə görüşü olub
  • 3-02-2026, 14:40
    Səbuhi Qəhrəmanov: Gənclər Azərbaycanın qazandığı uğurların davamı üçün təşəbbüs göstərməlidir
  • 3-02-2026, 14:39
    İlham Əliyev: Azərbaycan bölgədəki gərginliyin aradan qaldırılmasına töhfə verməyə hazırdır
  • 3-02-2026, 14:36
    Gəncədə güləş üzrə Azərbaycan çempionatının açılış mərasimi keçirilib
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Amil Əliyev
  • Tel: (+99450) 227 24 22
  • Ana səhifə
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Sosial
  • Dünya
  • İdman
  • Mədəniyyət
  • Bölgə
  • Müsahibə
  • Texnologiya
Müəllif hüquqları qorunur. Memur.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Yükləmə gedir gözləyin...