WUF13 çərçivəsində iqlim dəyişikliyinə adaptasiya üçün konkret həll yollarının tapılması zəruridir.
"Memur.az" xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) açılış mərasiminə həsr olunan mətbuat konfransında bildirib.
A. Quliyevin vurğuladığına əsasən, WUF13-ün yalnız birinci günündə tamamilə fərqli hava şəraiti müşahidə olunub və bu vəziyyət iqlim dəyişikliyinin birbaşa təzahürüdür: "Hazırda Yeni Şəhərsalma Gündəliyinin ("New Urban Agenda") 10 illik icrasının qiymətləndirilməsi aparılır. Bununla yanaşı, qarşıdakı 10 illik dövrə də diqqət yetirmək lazımdır. Bu baxımdan, hesab edirəm ki, gələcək 10 il üçün Yeni Şəhərsalma və İqlim Gündəliyi barədə müzakirələrə başlamaq mümkündür.
Açığını deyim ki, Bakıda böyümüş bir insan olaraq, may ayında bu həcmdə yağıntı heç vaxt görmədim. Bu, təbii bir vəziyyət deyil. Lakin üzləşdiyimiz reallıq məhz budur. Elə buna görə də bu kimi müzakirələr və forumlar böyük əhəmiyyət daşıyır. Biz iqlim dəyişikliyinə uyğunlaşmağın yollarını tapmalıyıq", - deyə A. Quliyev bildirib.