Fərhad Abdullayev: Konstitusiyadakı prinsiplər xalq birliyinin iradəsinin təcəssümüdür
musahibe
Dünən, 10:11
6
"Report" xəbər verir ki, bunu Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev "Konstitusiyasının qəbul edilməsindən 30 il keçir" adlı məqaləsində qeyd edib.
Sədr deyib ki, Konstitusiya dövlətin hüquqi təməlini formalaşdırır, suverenlik və dövlətçilik amili isə dövlətin siyasi-hüquqi və siyasi-ideoloji əsaslarını, həmçinin milli kimliyini və birliyini ifadə edir. Suverenlik və dövlətçilik müstəqil dövlətin mövcudluğunu və tərəqqisini təmin edən mühüm prinsiplərdir:
"Konstitusiyada öz əksini tapan prinsiplər, müddəalar dövlət və xalq birliyinin iradəsinin təcəssümüdür. Dövlətin qanunvericilik sisteminin bünövrəsini, əsasını təşkil edən, Azərbaycan Respublikasında ən yüksək və birbaşa hüquqi qüvvəyə malik olan Konstitusiya eyni zamanda ölkədə ictimai-siyasi sabitliyin, milli birliyin təminatı kimi çıxış edir. Bu Ali Qanun xalq hakimiyyəti, dövlətin əsasları, əsas insan və vətəndaş hüquqları və azadlıqları, vətəndaşların əsas vəzifələri, hakimiyyətlərin bölünməsi, hakimiyyət orqanlarının təşkili, səlahiyyətləri və fəaliyyət qaydalarını və digər bir sıra mühüm müddəaları ehtiva edir".
