• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ana səhifə
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Sosial
  • Dünya
  • İdman
  • Mədəniyyət
  • Bölgə
  • Müsahibə
  • Texnologiya
  • Ana səhifə
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Sosial
  • Dünya
  • İdman
  • Mədəniyyət
  • Bölgə
  • Müsahibə
  • Texnologiya

Şahin Mustafayev: "Azərbaycan və Çin rəqəmsal iqtisadiyyat, "yaşıl enerji" və AI sahələrində əməkdaşlığı fəal irəlilədir"

Müsahibə

10-11-2025, 13:06

Şahin Mustafayev: "Azərbaycan və Çin rəqəmsal iqtisadiyyat, "yaşıl enerji" və AI sahələrində əməkdaşlığı fəal irəlilədir"Hazırda 370-dən çox Çin şirkəti Azərbaycanda fəaliyyət göstərir, Çinin Azərbaycana yatırdığı investisiyaların ümumi həcmi 950 milyon ABŞ dollarını ötüb.

"Report" xəbər verir ki, bunu VIII Çin Beynəlxalq İdxal Sərgisi (CIIE) çərçivəsində "People's Daily Online" qəzetinə müsahibəsində Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev deyib.

"Tərəflər "yaşıl enerji", ağıllı enerji şəbəkələri, elektrik avtobusları, sənaye parkları kimi sahələrdə mühüm nəticələr əldə edib. Azərbaycan-Çin əməkdaşlıq sahələri davamlı genişlənir və ticarət, nəqliyyat, enerji, kənd təsərrüfatı kimi ənənəvi istiqamətlərlə yanaşı, tərəflər rəqəmsal iqtisadiyyat, "yaşıl enerji" və süni intellekt (AI) kimi qabaqcıl sahələrdə əməkdaşlığı fəal şəkildə irəlilədir. Hazırda rəqəmsal iqtisadiyyat sahəsində investisiya, ağıllı logistika, "əşyaların interneti", sənaye rəqəmsallaşması, texnoloji innovasiya və kadr mübadiləsi üzrə bir sıra Anlaşma Memorandumları imzalanıb", - Ş. Mustafayev bildirib.

O vurğulayıb ki, Azərbaycan rəqəmsal transformasiyanı dövlət idarəçiliyi, biznesin inkişafı və ictimai xidmətlərin modernləşdirilməsinin mühüm istiqaməti kimi müəyyənləşdirib: "Çinin rəqəmsal iqtisadiyyat, "ağıllı şəhər" quruculuğu və yaşıl-aşağı karbonlu inkişaf sahəsində qabaqcıl təcrübəsini öyrənmək və iki ölkə arasında strateji əməkdaşlığı daha da dərinləşdirmək niyyətindəyik".

Onun sözlərinə görə, Azərbaycan-Çin münasibətləri tarixin ən yaxşı dövrünü yaşayır, biz Çinlə iqtisadi əməkdaşlığı yüksək qiymətləndiririk:

"Çin Azərbaycanın dördüncü böyük ticarət tərəfdaşı, ən böyük idxal mənbəyi ölkəsidir. Bu ilin yanvar-sentyabr aylarında iki ölkə arasında ticarət dövriyyəsi 3,4 milyard ABŞ dollarına çatıb və ötən illə müqayisədə 28 % artıb, bu isə tərəflərin iqtisadi-ticarət əməkdaşlığının davamlı dərinləşdiyini və böyük potensiala malik olduğunu tam təsdiqləyir.

CIIE ölkələrin birgə inkişafı və iqtisadi sabitliyinə mühüm töhfə verir. CIIE sərgisi qlobal iqtisadi bərpaya təkan verməklə yanaşı, açıq, inklüziv və fayda gətirən beynəlxalq ticarət sisteminin qurulmasına güclü dəstək göstərir. CIIE artıq açıq əməkdaşlığa sadiqliyin, qarşılıqlı fayda və qalib-qalib prinsipinin təşviqinin mühüm platforması və aydın simvoluna çevrilib".

Baş nazirin müavini qeyd edib ki, bu ilki CIIE-də Azərbaycan Milli Pavilyon və kommersiya stendi ilə iştirak edib: "Milli Pavilyonda Azərbaycanın turizm, innovasiya, yaşıl enerji, sənaye, kənd təsərrüfatı və mədəniyyət sahələrindəki ən son nailiyyətləri təqdim olunub. "Made in Azerbaijan" ekspozisiyasında spirtli və spirtsiz içkilər, qənnadı məhsulları, fındıq, nar şirəsi, konservləşdirilmiş qida və digər yüksək keyfiyyətli milli məhsullar nümayiş etdirilib və çox sayda ziyarətçinin diqqətini cəlb edib.

CIIE-də iştirak Azərbaycan şirkətlərinin Çin bazarında satış kanallarını genişləndirməsi və məhsulların beynəlxalq tanınmasını artırması baxımından böyük əhəmiyyət daşıyır. Bu platforma vasitəsilə bizim şirkətlər Çin istehlakçılarının seçimini və bazar tendensiyalarını dərindən öyrənə bilir, bu da Çin bazarına daha dəqiq uyğunlaşmağa şərait yaradır; eyni zamanda Çin qanunvericiliyi, gömrük siyasəti və logistika sistemi ilə tanış olmaq üçün imkan yaradır və gələcək praktiki əməkdaşlıq üçün möhkəm əsas qoyur".

CIIE çərçivəsində Ş.Mustafayev VIII Honqçiao Beynəlxalq İqtisadi Forumunda "Dünya Açıqlıq Hesabatı 2025"in təqdimatında və beynəlxalq seminarında da iştirak edib. Onun fikrincə, Çin yüksək səviyyəli xarici açıqlıq siyasətini irəli sürməklə daha inklüziv və balanslı qlobal iqtisadi sistemin formalaşmasına mühüm töhfə verir.

"Çin açıq və inklüziv siyasətə, qarşılıqlı faydaya sadiq qalaraq beynəlxalq ticarətin artımını təşviq edir, qlobal dəyər zəncirinin möhkəmlənməsinə yardım göstərir. "Bir Kəmər, Bir Yol" təşəbbüsü Avrasiyada bağlantıları daha da gücləndirib və Azərbaycanın regional logistika və nəqliyyat qovşağı rolunu oynamaq üçün əlverişli şərait yaradıb",- o qeyd edib.

Paylaş:
Digər xəbərlər

Müsahibə

27-08-2025, 12:24

Azərbaycan Prezidenti İlham Əliyev “Əl-Ərəbiyyə” telekanalına müsahibə veri ...

Siyasət

10-04-2025, 10:10

Bakıda Prezident İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" ...

Müsahibə

5-02-2025, 13:35

Pakistan səfiri: Azad edilən ərazilərin bərpasında iştirak bizim üçün böyük ...

Siyasət

17-05-2024, 09:23

Prezidentlər “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış o ...

Siyasət

10-05-2023, 09:44

Ümummilli lider Heydər Əliyev - dövlətə və xalqa xidmətin ali meyarını yara ...

Hadisə
Bakıda silahlı İNSİDENT: Ölən və yaralanan VAR
SON DƏQİQƏ: Türkiyəyə məxsus neft tankeri DRONLA VURULDU
Sumqayıt şəhərində tonqalda baş berən partlayış zamanı xəsarət alanların kimliyi məlum olub - YENİLƏNİB-3
TƏCİLİ! Xəzər dənizindəki İran gəmiləri vuruldu
ABŞ-nin “Cerald R. Ford” aviadaşıyıcısı yanğın səbəbindən Kritə qayıdır
İran dronu Əbu-Dabidəki neft emalı zavoduna zərbə endirdi
Cəmiyyət
Bu gün, 09:45
Bu gündən Kürdəmir dəmiryol stansiyası istifadəyə verilib
16-04-2026, 09:09
Bu gün Maştağa və Ramanada işıq kəsiləcək
15-04-2026, 09:33
Xəzər dənizində zəlzələ olub
14-04-2026, 15:41
Pirşağıda kanalizasiya kollektoru və tullantı sutəmizləyici qurğunun inşası üzrə vəziyyət açıqlanıb
13-04-2026, 09:34
Xəzər dənizində 3.2 maqnitudalı zəlzələ olub - YENİLƏNİB-2
11-04-2026, 18:34
Bu gün Bakıda 550 küçə yuyulub
Son xəbərlər
  • Bu gün, 09:55
    Əli Əsədovun biznes və tikinti imperiyası...
  • Bu gün, 09:45
    Bu gündən Kürdəmir dəmiryol stansiyası istifadəyə verilib
  • Bu gün, 09:39
    Şahbaz Şərif və İlham Əliyev Antalyada ikitərəfli tərəfdaşlığı müzakirə ediblər
  • Bu gün, 09:36
    Azərbaycanla Aİ arasında yeni ikitərəfli saziş üzrə növbəti müzakirələr aparılıb
  • Dünən, 10:46
    Sahibə Qafarova Gürcüstan parlamentinin "Şərəf" medalı ilə təltif edilib - YENİLƏNİB
  • Dünən, 10:45
    Azərbaycanda külək enerjisi istehsalı 26 dəfə artıb
  • Dünən, 10:41
    Zakir Həsənov azad olunmuş ərazilərdə xidmət edən şəxsi heyətlə görüşüb
  • Dünən, 10:40
    Sahibə Qafarova bu gün Alen Simonyanla görüşəcək
  • Dünən, 10:37
    Azərbaycan XİN Suriyanı Milli Günü münasibətilə təbrik edib
  • 16-04-2026, 15:43
    Azərbaycan ötən il Rusiyaya 837 milyon dollarlıq aqrar məhsullar ixrac edib
  • 16-04-2026, 15:06
    İlham Əliyev Türkiyəyə işgüzar səfər edib
  • 16-04-2026, 09:23
    İcra Hakimiyyətinin başçısı şəhid məzarlarını ziyarət etdi
  • 16-04-2026, 09:11
    İsrail və Livan liderləri bu gün danışıqlar aparacaq
  • 16-04-2026, 09:09
    Bu gün Maştağa və Ramanada işıq kəsiləcək
  • 16-04-2026, 09:06
    Boçorişvili: Gürcüstan Mərkəzi Asiya ölkələri ilə sıx əməkdaşlığı inkişaf etdirməyə çalışır
  • 16-04-2026, 09:04
    Dollar ucuzlaşır
  • 16-04-2026, 09:00
    "İrəvan: tarixin və itirilmiş irsin əks-sədası" kitabının təqdimatı keçirilib
  • 15-04-2026, 10:46
    Bu gündən yeni tədris ili üzrə xaricdə təhsillə bağlı sənəd qəbulu başlayır
  • 15-04-2026, 09:33
    Xəzər dənizində zəlzələ olub
  • 15-04-2026, 09:33
    Azərbaycan İcraiyyə Şurasının iclasında UNESCO-nun səmərəliliyinin artırılmasına çağırıb
  • 15-04-2026, 09:31
    Biləsuvarın bəzi hissələrində işıq olmayacaq
  • 15-04-2026, 09:29
    Bu gün görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anım günüdür
  • 14-04-2026, 15:43
    Çində Azərbaycan və İsveçrənin prokurorluq orqanları arasında əməkdaşlıq müzakirə olunub
  • 14-04-2026, 15:42
    İlham Əliyev Esvatininin Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib - YENİLƏNİB
  • 14-04-2026, 15:42
    İlham Əliyev Somalinin Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib - YENİLƏNİB
  • 14-04-2026, 15:41
    Pirşağıda kanalizasiya kollektoru və tullantı sutəmizləyici qurğunun inşası üzrə vəziyyət açıqlanıb
  • 14-04-2026, 15:40
    Leyla Əliyeva: Azərbaycanda qadınlara hörmət mədəniyyətin və ənənələrin ayrılmaz hissəsidir
  • 14-04-2026, 11:26
    Azərbaycanda I rübdə vergi ödəyicilərinə xidmət mərkəzlərində 139 mindən çox şəxs qəbul edilib
  • 14-04-2026, 11:24
    Azərbaycan Boloniya Beynəlxalq Uşaq Kitab Sərgisində təmsil olunur
  • 14-04-2026, 11:24
    Sergey Lavrov Çində səfərdədir
  • 14-04-2026, 11:23
    Azərbaycana Avropa ölkələrindən turist axını 17 %-dən çox artıb
  • 13-04-2026, 15:11
    Antalya Diplomatiya Forumu çərçivəsində TDT XİN Şurasının qeyri-rəsmi toplantısı keçiriləcək
  • 13-04-2026, 15:10
    Parlament Azərbaycanla İƏT-in Təmiz Enerji Mərkəzi arasındakı sazişi müzakirə edəcək
  • 13-04-2026, 15:10
    Elnur Əliyev: "İşğaldan azad edilmiş ərazilərə sərmayədarların marağı artır"
  • 13-04-2026, 15:05
    Orxan Səttarov Azərbaycan Prezidentinin Mətbuat katibi təyin edilib
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Amil Əliyev
  • Tel: (+99450) 227 24 22
  • Ana səhifə
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Sosial
  • Dünya
  • İdman
  • Mədəniyyət
  • Bölgə
  • Müsahibə
  • Texnologiya
Müəllif hüquqları qorunur. Memur.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Yükləmə gedir gözləyin...