Tramp iki gün ərzində Putinlə görüşlə bağlı qərar verəcəyini bildirib
musahibe
22-10-2025, 10:05
10
"Report"un məlumatına görə, bu barədə Amerika lideri Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən bildirib.
O, hələlik yekun qərarın verilmədiyini vurğulayaraq, "vaxt itirmək" istəmədiyini qeyd edib.
"Mən Putinlə görüşün vaxt itkisi olacağını deməmişəm. Bu cəbhədə çox şey var. Yaxın iki gün ərzində sizi xəbərdar edəcəyik", - ABŞ prezidenti əlavə edib.
