Səfir Azərbaycan və Ermənistan arasında sülh prosesinə həsr olunan tədbirə qatılıb
musahibe
8-10-2025, 11:30
9
"Report" səfirliyin məlumatına istinadən xəbər verir ki, tədbir Koreya səfirliyi və ADA Universiteti tərəfindən təşkil olunub.
"Cənubi Qafqazın üç ölkəsindən (Azərbaycan, Ermənistan, Gürcüstan) olan ekspertlər ilk dəfə Bakı və İrəvan arasında sülh prosesinin gedişatı barədə fikir mübadiləsi aparmaq üçün bir araya gəliblər", - səfirlikdən bildirilib.
Diplomat Cənubi Koreya hökumətinin Koreya yarımadasında sülhün bərqərar edilməsi üçün göstərdiyi səyləri təqdim edib. Bununla yanaşı, Cənubi Qafqaz və Koreya yarımadasındakı sülh prosesləri arasında öyrənilə biləcək mühüm paralellər və təcrübələrin mövcud ola biləcəyini vurğulayıb.
