Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Mehriban Qarayeva dəfn edilib.
"Report"un yerli bürosunun məlumatına görə, şəhidlə keçirilən vida mərasimindən sonra onun nəşi Sumqayıt Şəhidlər xiyabanında torpağa tapşırılıb.
11:00
Sumqayıtda Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən Mehriban Qarayeva ilə vida mərasimi keçirilib.
"Report"un yerli bürosu xəbər verir ki, vida mərasimində şəhidin doğmaları, Sumqayıt şəhərinin rəsmi şəxsləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, Mehriban Arif qızı Qarayeva 1970-ci ilin martın 27-də Sumqayıt şəhərində anadan olub.
1992-ci il iyulun 9-da Ağdərə rayonunun Sərxavənd kəndi istiqamətində gedən döyüşlər zamanı itkin düşüb.
Mehriban Qarayeva Sumqayıt Şəhidlər xiyabanında dəfn ediləcək.